Nikah: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Turk (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
'''Nikah''' kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
{{İslam}}


[[Azərbaycan Respublikası]]nda [[ailə]][[ dövlət]]in himayəsindədir. [[Azərbaycan]]da ailə-nigah hüquqları ailə və nigah haqqında [[Azərbaycan Respublikasının Ailə Məcəlləsi]]ndə öz əksini tapmışdır; bu məcəllə [[Azərbaycan Respublikasının Konstitusiyası]]nda qoyulmuş qaydalara əsasən nigahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları bərabərdir».
{{vikiləşdirmək}}
'''Nigah''' əqdi ilə [[qadın]] və [[kişi]] bir-birinə [[halal]] olurlar. Nigah iki qismdir:


[[Azərbaycan Respublikası]]nda nikah və [[ailə]] münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
1. Daimi.


[[Dini kəbinkəsmə]] (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.
2. Qeyri-daimi (müvəqqəti izdivac, [[Şiə]] məzhəbində).


==Həmçinin bax==
Daimi əqd odur ki, izdivacın müddəti əqddə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimə» deyərlər.


* [[http://www.islamaz.com/aze/sheri/sistani59.php İslamda nigah]]
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir satt, ya bir gün, ya bir ay, ya bir il, ya da daha artıq müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi ilə qadının, ya onlardan birinin ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mut`ə, ya siğə deyərlər.

==Əqdin hökmləri==
İzdivacda, istər daimi olsun, istər qeyri-daimi, gərək siğə oxunsun və təkcə kişi və qadının razı olması və yazmaq vacib ehtiyata əsasən kifayət deyil. Əqd siğəsini, ya kişi ilə qadının, özləri oxuyurlar, ya başqasını vəkil edərlər ki, onların tərəfindən oxusun.
Vəkilin kişi olması vacib deyil, qadın da əqd siğəsini oxumaq üçün başqasının tərəfindən vəkil ola bilər.

Kişi və qadın vəkilin siğəni oxumasında xatircəmlik hasil etməyincə bir-birinə məhrəmcəsinə baxa bilməzlər. Vəkilin siğəni oxumasını güman etmək kifayət deyil. Hətta əgər vəkil desə ki, siğəni oxumuşam, amma onun sözlərindən xatircəmlik hasil olmasa, vacib ehtiyat odur ki, onun sözünə etibar etməsinlər.

Əgər bir qadın bir kəsi vəkil etsə ki, məsələn; on günlük onu bir kişiyə əqd etsin və on günün əvvəlini müəyyən etməsə, o vəkil istədiyi vaxt, onu on günlük o kişiyə əqd edə bilər. Amma əgər məlum olsa ki, qadın müəyyən bir gün, ya saatı qəsd edib, gərək siğəni qəsdə uyğun oxusun.
Bir nəfər iki nəfərin tərəfindən həm daimi, həm də qeyri-daimi əqdin siğəsini oxumaq üçün vəkil ola bilər. Həmçinin, insan qadının tərəfindən vəkil olaraq onu özü üçün daimi və ya qeyri-daimi əqd edə bilər. Amma müstəhəbb ehtiyat odur ki, əqdi iki nəfər oxusun.

==Əqd oxumağin qaydalari==

Əgər daimi əqdin siğəsini kişi və qadının özləri oxusalar, mehriyyənin miqdarını təyin etdikdən sonra, əvvəl qadın desin:

«Zəvvəctukə nəfsi ələssidaqil-məlum» – yəni özümü sənə arvad etdim, müəyyən olunmuş mehr ilə.

Ondan sonra kişi fasiləsiz

«Qəbiltut-təzvicə» – yəni, izdivacı qəbul etdim, desə, əqd səhihdir. Əgər təkcə «qəbiltu» da desə, səhihdir. Əgər başqasını vəkil etsələr ki, onların tərəfindən əqd siğəsini oxusun, belə ki, məsələn; kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin:

«Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimətə ələssidaqil-məlum», Sonra kişinin vəkili etina olunacaq fasilə olmadan:

«Qəbiltut-təzvicə limuvəkkili Əhmədə ələssidaqil-məlum» desələr, əqd düz olar. Müstəhəbb ehtiyat odur ki, kişi deyən kəlmə, qadın deyən kəlmə ilə uyğun olsun. Məsələn; əgər qadın «zəvvəctu» deyirsə, kişi də, «qəbiltun-nikah» deyil, «qəbiltut-təzvicə» deməlidir.

Əgər kişi və qadın özləri qeyri-daimi əqdinin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin: «Zəvvəctukə nəfsi fil-muddətil-məluməti ələl-məhril-məlum». Ondan sonra etina ediləcək fasilə olmadan kişi desin: «qəbiltu» – əqd düzdür. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili, kişinin vəkilinə desin: «Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil-muddətil-məluməti ələl-məhril-məlum». Sonra fasiləsiz kişinin vəkili desə ki, «qəbiltut-təzvicə limuvəkkili hakəza» – əqd səhih olar.

==Əqdin şərtləri==

İzdivac əqdinin bir neçə şərti var:

1. Vacib ehtiyata görə ərəbcə oxunsun. Əgər kişi və qadın özləri siğəni ərəbcə oxuya bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilərlər və vəkil tutmaqları lazım deyil. Amma gərək elə bir kəlmə desinlər ki, «zəvvəctu» və «qəbiltu» mənasını anlatsın.

2. Kişi və qadın, ya onların siğəsini oxuyan vəkilin inşa qəsdləri olsun, yəni kişi və qadın özləri siğəni oxuyurlarsa, qadın «zəvvəctukə nəfsi» deməklə qəsdi bu olsun ki, özünü ona arvad qərar verir və kişi «qəbiltut-təzvicə» deməklə, onu özü üçün arvad kimi qəbul etsin. Əgər kişi və qadının vəkili siğəni oxuyarlarsa, «zəvvəctu» və «qəbiltu» deməklə qəsdləri bu olsun ki, onları vəkil etmiş kişi və qadın, ər-arvad olsunlar.

3. Siğə oxuyan şəxs, istər özü üçün oxusun və ya başqası tərəfindən vəkil olsun, gərək baliğ də olsun. Hətta vacib ehtiyata görə, həddi-büluğa çatmayan, amma müməyyiz (ağlıkəsən) uşağı başqası üçün əqd oxuması kifayət deyil; əgər oxusa, ya təlaq verilməli, ya yenidən əqd oxunmalıdır.

4. Əgər ər və arvadın vəkili, ya onların vəlisi siğəni oxusalar, əqd zamanı ər və arvadı müəyyən etsinlər, məsələn; onların adlarını çəksinlər, ya onlara işarə etsinlər. Deməli, bir kəsin neçə qızı olsa, əgər kişiyə desə ki, «zəvvəctukə ihda bənati» – yəni, öz qızlarımdan birini sənə arvad etdim və kişi desə ki, «qəbiltu» – yəni qəbul etdim, əqd zamanı qızı müəyyən etmədiklərinə görə, əqd batildir.

5. Kişi və qadın izdivaca razı olsunlar, amma zahirən kərahət ilə izn versələr və məlum olsa ki, qəlbən razıdırlar, əqd səhihdir.

Əgər əqddə bir hərf yaxud daha çox səhv oxunsa, amma onun mənası dəyişməsə, əqd səhihdir.

Əqd siğəsini oxuyan şəxs, əgər icmal (qısaca) olsa belə, onun mənasını bilsə və onu gerçəkləşdirmək qəsdi etsə, əqd səhihdir və siğənin mənasını geniş şəkildə bilməsi lazım deyildir, məsələn; ərəb dilinin qrammatikasına görə, fel və ya failin hansı olduğunu bilməsi lazım deyil.

Əgər bir qadını, bir kişi üçün onların icazəsi olmadan əqd etsələr və sonradan kişi və qadın o əqdə icazə versələr, əqd düzdür. İcazə üçün də, razılıqlarına dəlalət edən bir söz demələri, yaxud bir iş etmələri kifayətdir.

Əgər kişi və qadını, ya ikisindən birini izdivaca məcbur etsələr və əqd oxuyandan sonra əvvəlki məsələdə deyildiyi kimi icazə versələr, əqd səhihdir. Yaxşısı budur ki, əqdi təzədən oxusunlar.

Ata və ata tərəfdən olan baba öz nabaliğ oğlan ya qız övladını, ya dəli halda baliğ olan, dəli övladlarını evləndirə bilərlər və uşaq baliğ olandan sonra, ya dəli əqilli olandan sonra, əgər onun üçün olunan izdivacın ona bir zərəri olduğunu görərsə, ya qəbul, ya da rədd edə bilər. Amma bir zərəri olmasa, belə ki, həddi-büluğa çatmamış oğlan və ya qız öz izdivacının əqdini pozsa, vacib ehtiyata görə təlaq verməli, ya təzədən əqd oxunmalıdır.

Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini ayırd edə bilən bir qız əgər ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək ata tərəfdən olan babasından, ya atasından icazə alsın. Vacib ehtiyata əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.

Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şərən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da əsla qızı evləndirmək işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil.

Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün qız alsa, gərək oğlan həddi-büluğa çatdıqdan sonra o qadının xərcini versin. Hətta həddi-büluğa çatmamışdan əvvəl bir surətdə ki, ləzzət almaq yaşına çatmışsa və qız da əri ondan ləzzət almaq imkanı olmayacaq qədər kiçik deyilsə, o qadını nəfəqəsi (yaşayış xərci) oğlanın öhdəsindədir. Bundan başqa hallarda nəfəqə vacib deyil.

Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün qız alsa, belə ki, əqd vaxtı oğlanın malı olmasa, ata və ya ata tərəfindən olan baba gərək qadının mehrini versinlər. Həmçinin əgər malı olsa, amma ata və ya ata babası mehrə zamin olsalar, hökm eynidir. Bu iki haldan başqa əgər mehr, adi mehr miqdarından çox olmazsa və ya bir məsləhət o mehrin adi miqdardan çox olmasını tələb edirsə, ata və ya ata babası mehri, oğlanın malından ödəyə bilərlər. Əks təqdirdə oğlanın malından adi mehr miqdarından çox verə bilməzlər. Amma o həddi-büluğa çatandan sonra onların işini qəbul etsə, verə bilərlər.

==Ər və arvadin əqdi poza biləcəyi yerlər==

Əgər kişi əqddən sonra başa düşsə ki, aşağıda deyiləcək altı eybdən biri əqd halında qadında vardır, o eybin vasitəsi ilə əqdi poza bilər.

# Dəlilik, ara-bir olsa belə.
# Cüzam xəstəliyi.
# Bərəs xəstəliyi.
# Korluq.
# İflic olmaq, yerdə qalacaq şəkildə olmasa belə.
# Onun bətnində ət, ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane olsun, istər olmasın.

Əgər əqddən sonra kişi, qadının əqd vaxtı ifza, yəni bövl və heyz, ya heyz və ğait, ya da hər üçünün yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi işkallıdır. Bu halda əqdi pozsalar, lazım ehtiyata əsasən gərək təlaq da versin.

Əgər qadın əqddən sonra başa düşsə ki, onun ərinin kişilik aləti yoxdur, ya əqddən sonra yaxınlıqdan qabaq və ya ondan sonra onun aləti kəsilərsə, ya bir xəstəliyi var ki, yaxınlıq edə bilmir, hərçənd o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq və ya ondan sonra ariz olsa (irəli gələrsə), bütün bu surətlərdən sonra qadın təlaqsız əqdi poza bilər. Əgər qadın əqddən sonra başa düşsə ki, əri əqddən əvvəl dəli imiş və ya əqddən sonra, istər yaxınlıqdan sonra və ya ondan qabaq dəli olarsa və ya başa düşsə ki, əqd vaxtı onun kişilik yumurtalığı çıxarılmış və ya əzilibmiş, ya da bu vaxtda onun korluq, cüzam və ya bərəs xəstəliyi var imiş, bütün bu hallarda vacib ehtiyat budur ki, qadın əqdi pozmasın. Əgər belə etsə, vacib ehtiyat odur ki, əgər ər-arvadlığı davam etdirmək istəsələr, yenidən əqd etsinlər. Əgər ayrılıb təlaq vermək istəsələr, o halda ki, kişi yaxınlıq edə bilməsə və qadın əqdi pozmaq istəsə, lazımdır ki, əvəl qadın şəriət hakiminə, ya onun vəkilinə müraciət etsin. Hakim ərə bir il möhlət verər, belə ki, ər o qadın ilə ya başqa qadın ilə yaxınlıq edə bilməsə, ondan sonra əqdi poza bilər.

Əgər kişinin yaxınlıq edə bilmədiyinə görə qadın əqdi pozarsa, ər gərək mehrin yarısını versin, amma yuxarıda deyilmiş başqa eyblərdən birinə görə, kişi ya qadın əqdi pozsa, belə ki, kişi qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey vacib deyil, əgər yaxınlıq edibsə, gərək mehrin hamısını versin.

Əgər onunla evlənməyə rəğbətlənməsi üçün, kişi ilə qadın qarşı tərəfə olduğundan daha yaxşı tanıdılarsa, istər əqd vaxtı olsun, istər ondan sonra, bir surətdə ki, əqd onun əsasında baş verərsə, belə ki, əqddən sonra bu iş digər tərəfə məlum olarsa, o əqdi poza bilər, bu məsələnin hökmləri «Minhacus-salihin» kimi başqa kitablarda geniş açıqlanmışdır.

==İzdivaci haram olan qadinlar==

İnsanın ona məhrəm olan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla izdivac etməsi haramdır.

Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, anasının anası, atasının anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.

Əgər bir qadını əqd edib onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.

Əgər bir qadını özü üçün əqd edib, onunla yaxınlıq etməsə, nə qədər ki, o qadın onun əqdindədir, vacib ehtiyata əsasən, onun qızı ilə izdivac edə bilməz.

İnsanın xala və bibisi, atasının xala və bibisi, atasının atasının xalası və bibisi, ya atasının anası, anasının xala və bibisi, anasının anasının xala və bibisi, ya anasının atası və nə qədər yuxarı getsə, insana məhrəmdirlər.

Ərin atası və babası və nə qədər yuxarı getsə; və onun oğlu və qız və oğlan nəvəsi və nə qədərki aşağı gedir, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, onun arvadına məhrəmdirlər.

Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər siğə, nə qədər ki, o qadın onun əqdindədir, o qadının bacısı ilə izdivac edə bilməz.

Əgər öz arvadına, təlaq kitabında deyiləcək tərtib ilə rici təlaqı versə, iddə arasında onun bacısını əqd edə bilməz. Amma bain təlaq iddəsində təlaq verən, onun bacısı ilə izdivac edə bilər. Mütə iddəsində vacib ehtiyat odur ki, izdivac etməsin.

İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac edə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə versə, eybi yoxdur.

Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və bir söz deməsə, belə ki, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi batildir.

Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, vacib ehtiyata əsasən, daha o, qızla izdivac edə bilməz.

Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən əvvəl və ya sonra onların anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz.

Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat müstəhəbb odur ki, onun qızı ilə izdivac etməsin.

Müsəlman qadın kafirə əqd oluna bilməz, istər daim olsun, istər müvəqqəti, istər əhli-kitabdan olan kafir olsun, istərsə də onlardan qeyri kafir, müsəlman kişi də əhli-kitab olmayan kafir qadınlar ilə izdivac edə bilməz. Amma əhli-kitab olan yəhudi və xristian qadınları ilə siğə etməyin maneəsi yoxdur, lazım ehtiyata görə onlar ilə daimi əqd etməsinlər. Müsəlman kişi Məcusi qadınla vacib ehtiyata görə hətta müvəqqəti də əqd etməsin. Nəvasib kimi bəzi firqələr ki, özlərini müsəlman bilirlər, kafir hökmündədirlər və müsəlman kişi və qadın onlar ilə daimi, ya qeyri-daimi izdivac edə bilməzlər. Mürtəddə də eyni hökmü daşıyır.

Əgər bir kəs rici təlağın iddəsində olan qadın ilə zina etsə, o qadın vacib ehtiyata görə ona haram olur. Əgər mütə, bain təlağı, ya vəfat iddəsində ya da vətyi-şübhə iddəsində olan qadın ilə zina etsə, sonradan onu əqd edə bilər. Rici və bain təlağının və həmçinin mütə, vəfat və vətyi-şübhə iddəsinin mənası təlağın hökmlərində deyiləcək.

Əgər əri olmayan və iddədə olmayan bir qadın ilə zina etsə, vacib ehtiyata əsasən tövbə etməzdən qabaq onunla evlənə bilməz. Əgər başqası o qadının tövbə etməsindən qabaq onunla evlənmək istəsə maneəsi yoxdur. Yalnız o surətdə ki, o qadın zina etməkdən məşhur olarsa, vacib ehtiyata əsasən tövbə etməzdən qabaq onunla izdivac caiz deyildir. Həmçinin zina etməkdə məşhur olan bir kişi ilə onun tövbə etməmişdən əvvəl izdivac etməsi caiz deyildir. Əgər bir şəxs zinakar bir qadınla evlənmək istəsə, istər onunla özü zina etmiş olsun, istər başqası, gərək səbr edib o qadın heyz gördükdən sonra onunla əqd etməsi müstəhəbbdir.

Əgər başqasının iddəsində olan qadını özü üçün əqd etsə, belə ki, kişi və qadın və ya onlardan biri, qadının iddəsi tamam olmadığını və iddədə olan qadını əqd etməyin haram olduğunu bilsələr, əqddən sonra o qadına yaxınlıq etməmiş olsa belə, o qadın, o kişiyə əbədi olaraq haram olur. Əgər hər ikisi iddə məsələsinin əslində, ya iddə əqd etməyin batil olması barədə cahil olsalar, əqd batildir. Əgər yaxınlıq etmiş olsa, əbədi olaraq haram olur. Əks halda isə haram deyil və iddə qurtarandan sonra yenidən əqd edə bilərlər.

Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla izdivac etsə, gərək ondan ayrılsın və sonradan da onu özü üçün əqd etməsin. Həmçinin vacib ehtiyata əsasən o qadının əri olduğunu bilməsə, amma izdivacdan sonra onunla yaxınlıq etmiş olsa, eyni hökmü daşıyır.

Əri olan qadın əgər zina etsə, zina edən kişiyə vacib ehtiyata görə əbədi haram olur. Amma öz ərinə haram olmur, belə ki, tövbə etməsə və öz əməlində qalsa, daha yaxşısı odur ki, əri ona təlaq versin. Amma gərək mehrini də versin.

Talaq verilmiş və siğə olunmuş bir qadın ki, əri onun siğə müddətini bağışlayıb, ya müddəti tamam olub, belə ki, bir müddətdən sonra ərə getsə və sonra şəkk etsə ki, ikinci ərini əqd zamanı birinci ərinin iddəsi tamam olub ya yox, öz şəkkinə etina etməsin.

Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə, haramdır, hərçənd xütnəgahdan az daxil olmuşsa da. Həmçinin ləvat verən kişi olsa və ya ləvat edən baliğ olmasa da lazım ehtiyata əsasən, hökm eynidir. Amma daxil olduğunu zənn edərsə və ya daxil olub-olmadığında şəkk edərsə, ona haram olmurlar. Həmçinin livat edənin anası, bacısı, qızı ləvat verənə haram deyil.

Əgər şəxs bir qadınla izdivac edərsə və izdivacdan sonra onun atası, qardaşı, ya oğlu ilə ləvat etsə, vacib ehtiyata əsasən, onlar ona haram olurlar.

Əgər bir kəs, həcc əməllərindən biri olan ehram halında, bir qadınla izdivac etsə, hərçənd o qadın ehramda olmasa belə onun əqdi batildir, əgər bilsə ki, arvad almaq ona haramdır, daha əbədi olaraq o qadını əqd edə bilməz.

Əgər ehram halında olan qadın, hərçənd ehram halında olmayan bir kişi ilə izdivac etsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək haramdır, vacib ehtiyat odur ki, sonra o kişi ilə heç vaxt izdivac etməsin.

Əgər kişi, ya arvad həcc və müfrədə ümrə əməllərindən biri olan Nisa təvafını yerinə yetirməsələr, Nisa təvafını yerinə yetirməyənə qədər cinsi ləzzətlər onlara halal olmaz. Amma əgər izdivac etsə, həlq və ya təqsir ilə ehramdan çıxmış olsa, nisa təvafını yerinə yetirməsə belə izdivacı səhihdir.

Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Amma əgər yaxınlıq etsə, onu ifza etmiş olsa belə, qız baliğ olandan sonra onunla yaxınlıq etməsi haram deyil. Amma əgər ifza edibsə, gərək onun diyəsini – bir insan öldürməyin qan pulunu versin, həmişəlik olaraq onun yaşayış xərclərini versin, hətta təlaqdan sonra. Üstəlik vacib ehtiyata görə, əgər o qız təlaqdan sonra başqası ilə izdivac etsə də xərclərini verməlidir.

Arada iki dəfə rücu və ya əqd olmaqla 3 dəfə təlaq verilən qadın ərinə haram olar. Amma əgər təlaq hökmlərində deyiləcək şərtlər ilə, başqa kişi ilə izdivac etsə və ikinci əri ilə təlaq versə, ya ölsə, onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən əqd edə bilər.

==Daimi əqdin hökmləri==

Daimi əqd olunan qadın, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Amma əgər zərurət bunu tələb etsə, ya onun evdə qalması ona çox çətin olsa, yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa bilər. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şəri bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadına yemək, libas, mənzil və başqa ehtiyaclarını təmin etmək ərinə vacibdir. Əgər təmin etməsə, istər imkanı olsun, istər olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri budur ki, əri ona əzab-əziyyət verməsin, şəri əsas olmadan onunla kobud və tünd rəftar etməsin.

Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bəzi vaxtlar onun qanuni cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, vacib ehtiyata görə nəfəqəsi saqit olmur. Amma imkansızlıq ilə belə, onun mehri saqit olmur.

Kişinin, öz arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.

Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, belə ki, ərinin icazəsi ilə səfərə getsə, ərinin öhdəsindədir. Amma maşın və ya təyyarə pulu və səfərlə bağlı digər xərclər qadının öz öhdəsindədir. Amma əgər ərinin meyli olsa ki, arvadını səfərə aparsın, gərək onun səfərinin xərclərini versin. Həmçinin, əgər zəruri səfər müalicə kimi məişət işləri baxımından olsa, hökm eynidir.

Xərci ərinin öhdəsində olan qadın öz xərcini, ər onun xərcini vermədiyi halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmazsa və ərini onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə də şikayət edə bilməyib öz dolanışığını təmin etmək üçün işləmək məcburiyyətində qalarsa, xərcini təmin etmək üçün işlədiyi zaman ərinə itaət etmək ona vacib deyildir.

Əgər kişinin iki arvadı olsa, birinin yanında bir gecə qalsa, vacibdir o birinin yanında da dörd gecə içərisində bir gecə qalsın. Bundan başqa surətdə başqa qadının yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməsi lazımdır. Övla və əhvət budur ki, kişi hər dörd gecənin bir gecəsini arvadının yanında qalsın.

Ər dörd aydan çox öz cavan daimi arvadını tərk edə bilməz. Amma əgər yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Vacib ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. Deməli, vacib ehtiyata görə, zəruri olmayan səfəri üzrlü səbəb olmadan və arvadının razılığı olmadan dörd aydan artıq davam etdirməsi caiz deyil.

Əgər daimi əqddə mehri təyin etməsələr, əqd səhihdir. Belə ki, kişi qadın ilə yaxınlıq etsə, gərək onun mehrini onun kimi olan qadınların mehri kimi versin. Amma mütədə mehri təyin etməsələr, bu iş bilməməzlik, qəflət, ya unudaraq olsa belə əqd batil olur.

Əgər daimi əqd oxuyan vaxt mehri vermək üçün müddət təyin etməsələr, istər ərinin mehri verməyə qüdrəti olsun, istərsə də olmasın, qadın mehr almamışdan ərinin yaxınlıq etməsinin qarşısını ala bilər. Amma əgər mehr almamışdan qabaq yaxınlıq etməyə razı olsa və əri onunla yaxınlıq etsə, ondan sonra şəri üzrü olmadan ərinin yaxınlıq etməsinin qarşısını ala bilməz.

==Mütə (müvəqqəti izdivac)==
Mütə və yaxud Azərbaycandaki adiyla Sigə İslam dinində yalnız şiələr tərəfindən qəbul edilmiş nikah növüdür.Əhli Sünnə məzhəbinə görə bu haramdır və bu işlə yalniz zinakarlar məşgul olur.

== Şiələrə görə Mütə(sigə)nin şərtləri ==

Şiələrə görə sigə 1 saatdan 99 ilə kimi ola bilər.

Qadına ləzzət aparmaq üçün olsa da, olmasa da siğə etmək səhihdir. Amma qadının, kişinin ondan heç bir cinsi ləzzət almamasını şərt edə bilməz.

Məhrəm olmaq üçün ata, ya ata tərəfindən olan baba öz nabaliğ qızını və ya oğlunu qısa müddət üçün bir kəsə əqd etsə, ondan bir zərər olmadığı təqdirdə əqd səhihdir. Amma əgər izdivac müddətində oğlan tamamilə ləzzət alma, qız da tamamilə ləzzət alma qabiliyyətinə malik olmazlarsa, əqdin səhih olması məhəlli-işkaldır.

Əgər ata, ya ata tərəfindən olan baba başqa yerdə olan öz qız uşaqlarını ölü və diri olduğunu bilmədikləri halda, məhrəm olmaq üçün bir kəsə əqd etsələr, zövciyyət müddəti əqd olunmuş qızla istimta (ləzzət alma) qabiliyyətinə malik olsa, zahirən onun məhrəm olması hasil olar. Belə ki, sonradan məlum olsa ki, əqd zamanı o qız diri olmayıb, əqd batildir və o kəs ki, əqd vasitəsilə zahirən məhrəm olmuş idilər, naməhrəmdirlər.

==Baxmağın hökmləri==

Kişinin naməhrəm qadının bədəninə və həmçinin onların saçlarına baxmağı istər ləzzət qəsdi ilə olsun, istərsə də ləzzət qəsdi olmasın, istər harama düşmə qorxusu olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə ləzzət almaq qəsdi ilə olsa və ya harama düşmək qorxusu olsa, haramdır. Müstəhəbb ehtiyat odur ki, ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmasa da onlara baxmasın. Həmçinin, qadının naməhrəm kişinin bədəninə baxması ləzzət qəsdi ilə və harama düşmək qorxusu olsa haramdır. Hətta vacib ehtiyata görə bunlar olmasa da baxmasın. Amma qadının, kişinin bədəni, baş, qollar və ayaqlar kimi adətən kişilərin örtmədikləri yerlərinə baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa, eybi yoxdur.

Bir şəxsin islami hicabla örtünməyi əmr etdiyi halda, əmrə etina etməyən, qorxusuz halda açıq-saçıq gəzən qadınların bədəninə baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmamaq şərti ilə, eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər qadınlar arasında, habelə, əl və üzlə, adətən bədənin örtmədikləri digər yerləri arasında bir fərq yoxdur.

Qadın gərək saçını və bədənini (üz və əllərindən başqa) naməhrəm kişidən örtsün və lazım ehtiyat odur ki, həddi-büluğa çatmamış, amma yaxşı-pisi başa düşən oğlan uşağından da, qadının bədəninə baxması onun şəhvətini hərəkətə gətirmək ehtimalı varsa, saç və bədənini örtməlidir. Amma qadın üz və biləklərinə qədər əllərini naməhrəm kişidən örtməyə bilər. Fəqət əgər harama düşmək qorxusu olsa və ya kişini haram bir baxışa mübtəla etmək niyyəti olsa, bu iki halda onları da örtmək vacibdir.

Həddi-büluğa çatmış müsəlmanın övrətinə baxmaq, şüşə arxasından, ya saf sudan, ya güzgüdən və ya bunun kimi şeydən olsa belə, haramdır. Lazım ehtiyata əsasən, kafirin və yaxşı və pisi başa düşən nabaliğ uşağın övrətinə baxmaq da eyni hökmdədir. Amma ər-arvad bir-birinin bütün bədənlərinə baxa bilərlər.

Bir-birlərinə məhrəm olan kişi və qadın əgər ləzzət qəsdi olmasa və harama düşmək qorxusu olmasa, övrətindən başqa, bir-birinin bütün bədənlərinə baxa bilərlər.

Kişi gərək ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxmasın. Qadının da başqa qadının bədəninə ləzzət qəsdi ilə baxması haramdır. Hər iki halda da əgər harama düşmək qorxusu olsa, hökm eynidir.

Əgər bir kişi naməhrəm bir qadını tanıyırsa, açıq-saçıq qadınlardan olmadığı təqdirdə, vacib ehtiyata əsasən onun şəklinə baxmamalıdır. Üz və əllərindən başqa, belə ki, ləzzət qəsdi olmazsa və harama düşmək qorxusu da olmasa, bu iki yerə baxmaq caizdir.

Əgər qadının başqa qadını və ərindən başqa kişini imalə etməsi və ya onun övrətini suya çəkməsi lazım gəlsə, gərək əlinə bir şey alsın, əli onun övrətinə dəyməsin. Həmçinin, əgər kişinin başqa kişini, ya arvadından başqa bir qadını imalə etməsi və ya onun övrətini suya çəkməsi lazım gəlsə, bu halda da hökm eynidir.

Əgər qadın bir xəstəlikdən müalicə olunmağa naçar olarsa və naməhrəm kişi onu müalicə etmək üçün daha yaxşı olarsa, naməhrəm kişiyə müraciət edə bilər. Belə ki, o kişi müalicə etmək üçün ona baxmağa və onun bədəninə əl vurmağa məcbur olsa, eybi yoxdur. Amma əgər baxmaqla müalicə edə bilərsə, gərək əlini onun bədəninə vurmasın. Əgər əl vurmaqla müalicə edə bilərsə, gərək ona baxmasın.

Əgər insan bir kəsi müalicə etmək üçün onun övrətinə baxmağa naçar olsa, vacib ehtiyata görə gərək aynanı qarşıya qoysun və aynadan baxsın. Amma əgər övrətə baxmaqdan başqa çarə olmazsa, eybi yoxdur. Həmçinin, əgər övrətə baxmaq müddəti aynadan baxmaq müddətindən daha az olsa, hökm eynidir.

==İzdivacın müxtəlif məsələləri==

Zövcəsi olmaması səbəbi ilə harama düşən şəxsin evlənməsi vacibdir.

Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı məlum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, ya əvvəldən şərt etməmiş olsa, amma bakirə olmasına inandığı əsasda izdivac etmiş olsa, bakirə ilə qeyri-bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən azalda bilər. Əgər vermiş olsa, geri ala bilər, məsələn, əgər onun mehri 100 manat olsa, onun kimi olan qadının bakirə olduğu təqdirdə mehri 80 manat, bakirə olmadıqda isə 60 manat olarsa, 100 manatdan dörddə bir nisbət fərqi olan miqdarı 100-dən çıxılar.

Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya kirmək imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur.

Əgər kişi qadının mehrini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd səhihdir, amma gərək mehri versin.

İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki qismdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, o, dünyaya gələn vaxt onun ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir.

Əgər bir qadın izdivacdan sonra mürtəd olsa, istər milli, istərsə fitri onun əqdi batil olar. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçinin, əgər yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya səğirə olursa, hökm eynidir. Amma əgər qadın heyz görən qadınların yaşında olsa, gərək təlaq hökmlərində deyiləcək qayda ilə iddə saxlasın. Əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır. Hərçənd yaxşısı budur ki, birlikdə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin. Yaisə o qadındır ki, əlli yaşına çatmış və yaşının çox olması ilə əlaqədar heyz qanı görmür və artıq heyz görəcəyinə ümidi yoxdur.

Əgər kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və əgər yaxınlıq etmişsə və arvadı da yaisə və səğirə də deyilsə, gərək qadın təlağın hökmlərində deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın. Vacib ehtiyata görə yaxınlıq etməyibsə və qadın səğirə və yaisə də olsa, yenə də vəfat iddəsi saxlasın. Əgər iddə əsnasında kişi tövbə etsə, vacib ehtiyata görə əgər birgə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin.

Əgər kişi əqddən sonra milli mürtəd olsa, belə ki, arvadı ilə yaxınlıq etməyibsə və arvadı yaisə olsa və ya səğirə olsa, onun əqdi batil olar iddəsi də yoxdur. Əgər yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yaşında olsa, gərək o qadın təlaq hökmlərində deyildiyi kimi, təlaq iddəsi qədərində iddə saxlasın. Əgər iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar.

Əgər qadın əqddə kişi ilə şərt etsə ki, onu şəhərdən çıxarmasın və kişi qəbul etsə, o gərək qadının razılığı olmadan qadını şəhərdən çıxarmasın.

Əgər bir qadının keçmiş ərindən bir qızı olsa, sonrakı ər o qızı bu qadından olmayan oğlu üçün əqd edə bilər. Həmçinin, əgər bir qızı öz oğlu üçün əqd etsə, o qızın anası ilə izdivac edə bilər.

Əgər bir qadın hətta zinadan belə hamilə olsa, onun üçün uşağı saldırmaq caiz deyildir. Amma əgər uşağın onun bətnində qalması dözüləsi olmayan zərəri olsa, ya çox ağır çətinliyi olsa, bu halda ruh daxil olmamış siqt etdirmək (saldırmaq) caizdir, amma eyni zamanda diyəsi var. Amma uşağa ruh daxil olduqdan sonra heç bir vəch ilə saldırması caiz deyil.

Bir kəs əri olmayan və başqasının iddəsində olmayan qadınla zina etsə, belə ki, sonra onu əqd etsə və onların uşağı olsa, o surətdə ki, bilməsələr halal nütfədəndir, ya haram, o uşaq halalzadədir.

Əgər kişi qadının iddədə olmasını bilməsə və onunla izdivac etsə, belə ki, qadın da bilməsə və onlardan uşaq olsa, halalzadədir, şərən də hər ikisinin uşağıdır. Amma əgər qadın iddədə olduğunu və iddədə izdivacın caiz olmadığını bilirdisə, şərən uşaq atanın övladıdır, hər iki halda onların əqdi batildir və əvvəldə deyildiyi kimi, bir-birlərinə əbədi olaraq haram olurlar.

Əgər qadın desə ki, «yaisəyəm», gərək onun sözü qəbul olunmasın. Amma desə ki, ərim yoxdur, onun sözü qəbul olunar. Fəqət yalançılıqla müttəhim olunarsa, bu halda vacib ehtiyat odur ki, onun vəziyyəti araşdırılsın.

İnsan əri olmadığını deyən qadın ilə izdivac etsə və sonradan bir şəxs, o qadının onun arvadı olduğunu iddia edərsə, belə ki, şərən o şəxsin sözlərinin doğru olduğu isbat olunmazsa, gərək onun sözü qəbul olunmasın.

Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra bilməz, çünki uşağı saxlamaq ata ilə ananın müştərək haqqıdır. Uşağı yeddi yaşına qədər anasından ayırmamaq ehtiyata daha uyğun və daha üstündür.

Əgər qızın elçiliyinə gələn şəxsin dinə bağlılığı və əxlaqı yaxşı olarsa, onun rədd olunmaması daha yaxşıdır. Həzrəti Rəsulullahdan (s) rəvayət olunmuşdur ki: «Elçiliyə gələn kimsənin əxlaqı və dinə bağlılığından razı olsanız, qızınızı ona ərə verin. Əgər belə etməsəniz, yer üzərində böyük fitnə və fəsad doğar».

Əgər qadın öz mehrini ərinə sülh etsə ki, başqa arvad almasın, vacibdir ki, əri başqa arvad almasın və qadının da mehri almaq haqqı yoxdur.

Zinadan dünyaya gəlmiş kəs əgər arvad alsa və uşağı olsa, o uşaq halalzadədir.

Əgər kişi Ramazan ayının orucunda, ya qadının heyzli halında onunla yaxınlıq etsə, günah etmişdir. Amma əgər onlardan uşaq olsa, halalzadədir.

Ərinin səfərdə ölməyinə yəqini olan qadın vəfat iddəsindən sonra (onun müddəti təlaq hökmlərində deyiləcək) ərə getsə və birinci əri səfərdən qayıtsa, gərək ikinci ərindən ayrılsın və birinci ərinə halaldır. Amma əgər ikinci əri onunla yaxınlıq edibsə, gərək qadın vətyi-şübhə iddəsi saxlasın (elə təlaq iddəsi qədərincədir) İddə saxladığı dövrdə də birinci əri onunla yaxınlıq etməməlidir, amma sair ləzzətlər alması caizdir, xərcləri də birinci ərinin öhdəsinədir. İkinci ər gərək onun mehrini onun mislində olan qadınlar kimi versin.

[[Kateqoriya:İslam]]
[[Kateqoriya:Şəriət qanunları]]

[[ar:الزواج في الإسلام]]
[[de:Islamische Ehe]]
[[en:Nikah]]
[[fr:Mariage dans la tradition musulmane]]
[[ml:നിക്കാഹ്]]
[[ms:Perkahwinan menurut Islam]]
[[nl:Moslimhuwelijk]]
[[ru:Брак в исламе]]
[[tr:Nikâh]]

05:45, 8 iyun 2010 tarixindəki versiya

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

Azərbaycan Respublikasında ailədövlətin himayəsindədir. Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları bərabərdir».

Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.

Həmçinin bax