Mehdiqulu xan Tacbəxş: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
 
Sətir 29: Sətir 29:
}}
}}


'''Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş''' (1886–1951)—[[İran jandarması]]nın komandanı.
'''Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş''' (1886–1951)—[[İran jandarması]]nın komandanı, general-mayor.


== Həyatı ==
== Həyatı ==

Səhifəsinin 07:05, 10 fevral 2024 tarixinə olan son versiyası

Mehdiqulu xan Tacbəxş
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Dəvəli-Qacar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Dəfn yeri Qum, İran
Fəaliyyəti hərbi lider[d]

Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı, general-mayor.

Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə ƏrakMəlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi.

Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi. Fars əyalətində Qaşqay və digər ellərin çıxışını yatırmışdı. Loristan, Mükran və Kirman ordularına başçılıq etmişdi.

Mehdiqulu xan Tacbəxş 1939-cu ildə Əhməd Mətin-Dəftərinin kabinəsində İranın Əkinçilik idarəsinin rəisi olmuşdu. 1942-ci ildə yenidən Loristan əyaləti hərbi hissələrinin komandanı olmuşdu.

Mehdiqulu xan Tacbəxş 1951-ci ildə vəfat edib.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
  • Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]