Paravelosiped

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Paralimpiyada idman əlavə olundu) tərəfindən edilmiş 03:11, 8 noyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Paravelosipedçi Ursula Şvaller.

Paravelosiped – fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş velosiped idman növü.

Tarixi

Paravelosipedin yaranma tarixi 1980-ci illərə təsadüf edir. Elə həmin vaxtdan da idmançılar arasında yayılmağa başlayıb. İlk vaxtlar öndə pilot, arxada isə idmançı oturmaqla para-velosiped ilə görmə məhdudiyyəti olan şəxslər yarışıblar. İllər keçdikcə para-velosiped yarışlarına serebral iflicdən əziyyət çəkən, ayağı və ya əli amputasiya olunan, hətta əlil arabasından istifadə edənlər də qatılmağa başlayıb. 1984-cü ildə bu yarış növü Nyu-Yorkda öz paralimpiya debütünü edib. 12 ildən sonra isə Atlantada trek növü paravelosiped Paralimpiya Oyunlarına daxil edildi.

Azərbaycanda

Azərbaycanda bu idman növünün "Handcycle" növü rəsmi olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 1 noyabr 2018-ci ildə fəaliyyətə başlayıb.[1] 1 – 15 sentyabr 2019-cu il tarixlərində Hollandiyanın Emmen şəhərində keçirilən dünya çempionatında Azərbaycanı paravelosiped idman növü üzrə Mehman Ramazanzadə təmsil edib.

İstinadlar

  1. "Para-velosiped üzrə yığma komandamız Qəbələdə təlim-məşq toplanışında iştirak edir". İstifadə tarixi: 8 noyabr 2022.

Xarici keçidlər