Oğulcaq xan

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Dövlət xadimi şablonu qaydaya salınır) tərəfindən edilmiş 11:34, 22 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Oğulcaq xan
Şəxsi məlumatlar
Atası Bilgə Qul Qədir xan
Ailəsi Qaraxanilər sülaləsi
Dini Tenqriçilik

Oğulcaq xan - Qaraxanilər dövlətinin üçüncü xaqanı.

Hakimiyyəti

Qardaşının dövründə Buğra xaqan yəni kiçik xaqan kimi tanınırdı. Hakimiyyəti dövründə I İsmayıl tərəfindən qovulmuş I Nəsr Qaraxanilər dövlətinə pənah gətirmişdi. Artış şəhərinin idarəsini Nəsrə verən Oğulcaq xaqan ona məscid tikməyə də icazə vermişdir. Ticarət şəhərinə çevrilməsi və müsəlman tacirlərin artması halı qardaşı oğlu, şahzadə Satıq Buğranın da müsəlman olmasına səbəb oldu.

Ölümü

Oğulcaq xaqan Satıq Buğranın müsəlman olmasına eşidib ona Tenqri məbədi hazırlamağı əmr etdi. Satıq Nəsrin məsləhəti ilə bu məbədi ucaltdı.[1] Daha sonra açıq şəkildə əmisinə qarşı gələn Satıq Buğra xan tərəfindən Oğulcaq öldürüldü.[2]

İstinadlar

  1. Robert Shaw (1878). A Sketch of the Turki Language as Spoken in Eastern Turkistan (Kashghar and Tarkand)
  2. Golden, Peter. B. (1990), "The Karakhanids and Early Islam", in Sinor, Denis, The Cambridge History of Early Inner Asia, Cambridge University Press, p. 357