Barxan

Vikipediya saytından
Turkmenbot (müzakirə | töhfələr) (crosswiki standartlaşdırma) tərəfindən edilmiş 10:51, 12 yanvar 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Barxanlar

Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi.

Haqqında

Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var.[1]

Ədəbiyyata gətirilməsi

Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir.[2]

Barxan zənciri

Barxan zənciri barxanların "buynuzlar"ının birləşməsi nəticəsində yaranmış xüsusi müsbət eol relyef formasına deyilir. Barxan zənciri barxanlardan fərqli olaraq, hakim küləklərin istiqamətinə perpendikulyar yerləşərək, uzunluğu adətən 3–5 km, nadir hallarda isə 15–20 km olur. Barxan zənciri tənha barxanlar üçün xarakterik elementlərə: az meylli uzun və qısa dik yamaca, barxan "buynuzları"na və s. malikdir.[3]

Barxan ehramlar

Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur. Yüksəkliyi 300 m-dək, eni 3 km-ə qədər çatır.[4]

Həmçinin bax

İstinadlar

  1. Məktəblinin coğrafiya lüğəti. Bakı,2006.
  2. Britannika Ensiklopediyası
  3. Ş. G. Həsənov, Q. Ş, Məmmədov, S. B. Məmmədov, Y. Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti. Bakı, "Təhsil". 2005.  (az.)
  4. Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı, "Elm", 2012. s.26.  (az.)