Xalıq Koroğlu

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Xalıq Hüseyn oğlu Koroğlu''' (1919-2002)—Azərbaycan türkoloqu, ədəbiyyatşünası, Filoloji elmlər doktoru, professor. == Həyatı == Xalıq Hüseyn oğlu Koroğlu 1919...) tərəfindən edilmiş 19:44, 14 mart 2011 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Xalıq Hüseyn oğlu Koroğlu (1919-2002)—Azərbaycan türkoloqu, ədəbiyyatşünası, Filoloji elmlər doktoru, professor.

Həyatı

Xalıq Hüseyn oğlu Koroğlu 1919-cu ildə Cənubi Azərbaycanın Sərab şəhərindən Türkmənistanın Aşqabad şəhərinə gedən yolda doğulmuşdur. Filoloq-alim, ədəbiyyatçı. Filoloji elmlər doktoru, professor. 1946-cı ildə Moskva tibb institutunu bitirmişdir. 1956-cı ildə MDU-nun filologiya fakültəsini bitirmişdir. 1944-48-ci illərdə X. Koroğlu Moskva Şərqşünaslıq İnstitutunda, 1948-58-ci illərdə Moskva Xarici Ticarət İnstitutunda dərs demişdir. 1958-71-ci illərdə Böyük Sovet Ensiklopediyasında xarici şərq ədəbiyyatı şöbəsinin müdiri, 1971-86-cı illərdə SSRİ EA-nın Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi, 1986-cı ildən MDU-nun filologiya fakültəsinin professoru. Mətbuatda 1946-cı ildən çap olunur. 150-dən artıq elmi əsərin müəllifidir. İlk kitabı "Fars-rus, rusfars ümumiqtisadi və xarici ticarət lüğəti" 1957-ci ildə çap olunmuşdur. Orta və ali məktəblər üçün "Uzbekskaya literatura", "Turkmenskaya literatura" dərsliklərinin, "Oğuz qəhrəmanlıq eposu", "Eposun orta Asiya, İran və Azərbaycan xalqları ilə əlaqəsi", "Müasir fars ədəbiyyatı" monoqrafiyalarının və bir sıra başqa ədəbiyyatşünaslıq əsərlərinin müəllifidir. "Quran" və "İncil" əsasında, şamançılıqdan islama qədər (altı dindən) bəhs etdiyi "Ruhani mədəniyyət və bədii ədəbiyyat" mühazirələr silsiləsi dinləyicilərdə xüsusi maraq yaratmışdır. Koroğlu Xalıq Hüseyn oğlu MDU-nun əməkdar professoru fəxri adını daşıyırdı. O, beynəlxalq türk akademiyasının üzvü, Əl Buxari adına beynəlxalq mükafatın laureatı olmuşdur.

İstinadlar

Həmçinin bax