Həmdullah Sübhi Tanrıövər

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Həmdullah Sübhi Tanrıövər''' (d. 1885 İstanbul, Osmanlı dövləti - ö. 10 Haziran 1966 İstanbul, Türkiyə), Türk ədebiyatçı,...) tərəfindən edilmiş 21:21, 21 mart 2011 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Həmdullah Sübhi Tanrıövər (d. 1885 İstanbul, Osmanlı dövləti - ö. 10 Haziran 1966 İstanbul, Türkiyə), Türk ədebiyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi.

Həyatı

Fəaliyyəti

Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsi ilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi.

Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.

Həmdullah bəy, Ankarada Mərkəz Heyəti binasının təməl daşı qoyularkən (21 mart, 1927) söylədiyi qüvvətli və gözəl nitqində ilk daxil olduğu zaman “Türk ocağı” binasının halını belə təsvir etmişdir: “Bundan 16 il öncə idi. İstanbulun tarixi bir caddəsinin kənarında, sadə bir evin üst mərtəbəsində iki boş və fəqir otaq... orada toplananlar, bir toplantı təşkil etdikləri vaxt dinləyiciləri oturtmaq üçün lazım olan qədər stul tapa bilməzdilər. Aşağı küçəyə enərlər, ətraf qəhvələrdən öz ciblərindən verdikləri kiçik pullarla stul alar, bunları bellərində Ocağa gətirirlər və toplantıdan sonra yenə geri təhvil verərdilər. “Türk ocağı”, onu rədd və inkar edən bir hava içində doğuldu. Ona hər kəs qarşı idi. Hətta bir çox türk aydını belə...”

Həmdullah bəy, maddi və mənəvi durumunu ustalıqla bir neçə cümlə ilə canlandırdığı “Türk ocağı”nı iki-üç ildə İstanbulun ən canlı, xeyli zəngin bütün türk gəncliyi tərəfindən sevilən çox önəmli sosial bir quruluşu halına gətirdi. Bir neçə ayda, o iki-üç otaq beş-altı otaq oldu, bir il sonra “Türk ocağı” Bayaziddə böyük bir iqamətgahı tamam tuturdu. Ocağın qurultayları, yəni konqresi, Darülfünunun böyük konfrans salonunu dolduracaq qədər qalabalıq və gəncliyin səmimi düşüncə və duyğularını qüvvətlə ifadə etdiyindən çox canlı və gurultulu olurdu. Türk ellərinin hər tərəfində yeni-yeni ocaqlar açıldığı xəbərləri də davamlı olaraq mərkəzə gəlirdi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər