Nazim Əlicanov

Vikipediya, azad ensiklopediya
Kinqmart (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:11, 7 iyul 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Nazim Əlicanov
Doğum tarixi 26 iyul 1970(1970-07-26) (53 yaş)
Doğum yeri
Fəaliyyəti güləşçi[d]
Fəaliyyət illəri 1982–2011

Nazim Nəzir oğlu Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.

Həyatı

Əlicanov Nazim Nəzir oğlu, 26 iyul 1970-ci ildə Qax şəhərində anadan olmuşdur. 1977-84-ci illər ərzində Qax şəhər 3 saylı orta məktəbdə, 1984-1987-ci illərdə isə Bakı şəhərində Respublika idman təməyüllü internat məktəbində orta təhsil almışdır. 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2005-ci ildə isə Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə çağırılmış və 1996-cı ilin 23 may tarixində ordu sıralarından ehtiyata buraxılmışdır. 2007-2009-cu illərdə qadınlardan ibarət Azərbaycan yığma komandasının sərbəst güləş üzrə baş məşqçisi olmuşdur. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentı tərəfindən “Tərəqqi” medalı və 2008-ci ildə isə Fəxri diplomla təltif olunmuşdur.2010-cu ilin dekabr ayında ona Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” Fəxri adı verilmişdir.Hal-hazırda sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü və Beynəlxalq dərəcəli idman ustasıdır. Ailəlidir. Bir övladı var.

Nailiyyətləri

  • 1988-ci ildə gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı.
  • 1996-cı ildə ABŞ Atlanta şəhərində XXVI Yay Olimpiya Oyunlarının iştirakçısı .
  • 1999-cu ildə hərbçilər arasında Olimpiya Oyunlarının çempionu .
  • 2001-ci ildə hərbçilər arasında Dünya çempionu.
  • 2002-ci ildə Avropa çempionu.
  • 2003-cü ildə hərbçilər arasında Dünya çempionatının gümüş mükafatçısı.
  • 2004-cü ildə Dünya Kubokunun qalibi.



Şəkillər

Xarici keçidlər

Həmçinin bax