İpoteka

Vikipediya, azad ensiklopediya
NKOzi (müzakirə | töhfələr) (Espoo (müzakirə) tərəfindən edilmiş 1704093 dəyişikliyi geri qaytarıldı.) tərəfindən edilmiş 12:19, 6 sentyabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

İpoteka krediti — öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka qoyan ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.[1]

İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır.[2]

Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır.

Azərbaycan Respublikasında ipotekada iştrak edən banklar[3]

  1. "Bank Standard" Qapalı Səhmdar Cəmiyyəti
  2. "Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti
  3. "Texnikabank" Açıq Səhmdar Cəmiyyəti
  4. "Xalq" Bankı Açıq Səhmdar Cəmiyyəti
  5. "Azərdəmiryolbank" Açıq Səhmdar Cəmiyyəti
  6. "AGBank" Açıq Səhmdar Cəmiyyəti
  7. "Gəncəbank" Açıq Səhmdar Cəmiyyəti
  8. "AtaBank" Açıq Səhmdar Cəmiyyəti
  9. "Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti
  10. "Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyəti
  11. "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti
  12. "Bank of Azerbaijan" Açıq Səhmdar Cəmiyyəti
  13. "Zaminbank" Açıq Səhmdar Cəmiyyəti
  14. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti
  15. "Muğanbank" Açıq Səhmdar Cəmiyyəti
  16. "UniBank" Açıq Səhmdar Cəmiyyəti
  17. "Turanbank" Açıq Səhmdar Cəmiyyəti
  18. "RoyalBank" Açıq Səhmdar Cəmiyyəti

Mənbə

  1. Dövlət maliyyəsi terminləri lüğəti
  2. İPOTEKA:SUALLAR VƏ CAVABLAR
  3. İpoteka alınması