Burçunlu məscidi

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Dırnaq) tərəfindən edilmiş 08:28, 14 dekabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Burçunlu məscidi — Оrdubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsində tarixi-memarlıq abidəsi.

Kəndin cənub tərəfindədir. Girişi cənubdandır. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 m. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbə-balkоn düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini - kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar.

Mənbə

  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 49.