Abdulla Abdullayev (güləşçi)

Vikipediya, azad ensiklopediya
Vahid abdullayev (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:28, 17 dekabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Abdulla Həsən oğlu Abdullayev(19avqust,1932 Dağıstan,Dərbənd) Dünya şöhrətli pəhləvan,SSRİ çempionu,əməkdar məşqçi,klassik güləş və ağırlıq qaldırma ustası. İLK HƏYATI VƏ GƏNCLİYİ- Abdulla Həsən oğlu Abdullayev 1932-ci il avqustun19-da Dağıstan MR Dərbənd şəhərində dünyaya gəlmişdir.Anadangəlmə pəhləvan uşaqlığını Qərbi Azərbaycanda-Zəngəzur mahalında keçirmişdir.1945-1955-ci illərdə Qafan şəhənrində orta məktəbi bitirmiş,idman tədbirlərində heyratəmiz fiziki gücü ilə seçilmişdir.16 yaşında ikən Aşağı Girətağ yolunda raykom katibinin vilisinin qabağını kəsən yüklü qatırı qucaqlayıb yoldan çıxarır,bundan heyrətlənan katib qolundakı qızıl saatı çıxarıb ona verir.Bu xəbər camaat arasında ildırım sürətilə yayılır.1951-ci ildə ermənilərin milli ayrı-seçkilik siyasətini göran gənc pəhləvan Qubadlı r-nu idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş yarışında Azərbaycan SSRİ mütlaq çempionu adına layiq görülür.Elə həmin ayda Azərbaycanin güləş üzrə çempionu olur. 1953-1956-cı illərdə Ukrayna,Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olmuş,marşal Çuykov şəxsən ona qızıl saat bağışlamışdır.Maraqlıdır ki,1954-cü ildə Ordu birinciliyində Abdullaya məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu oldu.

 HƏYAT YOLU VƏ KARYERASI-

1956-cı ildə Ordudan tərxis olunan Abdulla pəhləvan Bakiya gəlir və ikiqat dünya çempionu,SSRİ xalq artisti əfsanəvi pəhləvan Sali Süleymanla görüşür və sonradan gənc bahadır ustadın sevimli şagirdi olur.Respublikamızın müxtəlif guşşələrində-Ağdam,Füzuli,Kəlbəcər,Cəbrayıl,Qubadlı və Zəngilan rayonlarında stadion,meydanlarında izdihamlı alqışlarla qarşılanırdı.Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadırı "QAFQAZ QARTALI" ləqəbini qazanmışdı. 1956-1960-cı illərdə qocaman Qafqazı qarış-qarış gəzən gənc bahadır həm də Azərbaycan çempionu adını qazandı. Sonradan Ermənistana qayıdan pəhləvan 1960-cı ildə biri beş pudluq,digəri iki pudluq(yəni 112 kq)ağırlığında daşları sağ əli ilə qaldıraraq dünya rekordçusu oldu və sonralar dəfələrlə bunu təkrar edən Abdulla pəhləvan xalq arasında dünya çempionu kimi də ad qazandı.Ailə quran pəhləvanın üç övladı dünyaya gəldi. Qafan şəhərinə qastrola gələn ağırlıq qaldırmaq üzrə dünya çempionu erməni əsilli Serqo Ambarsumyan Abdullanı səhnəyə dəvət etdi və fil gövdəli,uzun qolları ilə onu qucaqlayıb yerdən üzmək istədi,lakin Abdulla onu qabaqlayaraq onu başının üstünə qaldırdı,tamaşaçılar yerlərindəcə donub qaldılar. 1982-1986-cı illərdə daşoynatma üzrə Ermənistan SSRİ mütləq çempionu olmuşdur,1985-ci il noyabrın 22-24-də Rusiyanın Lipetsk şəhərində daşoynatma üzrə keçirilən Ümumiittifaq yarışlarında 90 kq çəki dərəcəsində SSRİ çempionu adını qazanmışdır. Abdulla pəhləvanın şagirdlərindən Zənqəzur mahalında məşhur Teymur Cəfərov,milli qəhrəman Əliyar Əliyev(Qubadlı),Qərib pəhləvan(Cəbrayıldan),oğlu-daşoynatma üzrə 70 kq çəki dərəcəsində SSRİ çempionu,altıqat Ermənistan çempionu Rəşid Abdullayev və başqalarını göstərmək olar. FƏXRİ ADLARI-

Azərbaycan çempionu,1951,1956,Bakı

güləş və daşoynatma üzra SSRİ çempionu,1985,22noyabr,Lipetskşəhəri Ermənistan SSR çtmpionu,1982-1988,Yerevan

dünya rekordçusu,1960,Yerevan

MƏNBƏLƏR- Sabir Cəlal oğlu Əsədov,"Zəngəzur qartalı"-1998,Bakı,Gənclik nəşriyyatı,İSBN-5-8020-1382-6