Blok (mexanika)

Vikipediya saytından
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:35, 7 yanvar 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Tərpənən və tərpənməz bloklar

Blok-çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır:tərpənən və tərpənməz bloklar.Tərpənən blok-qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir.Birinci növ ling-qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir.Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə,O dayaq nöqtəsi ətrafında dönür.Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir.Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r-dir.Blokun tarazlıq şərti-bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır:F2r=mgr.Buradan,F=mg/2.Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.Tərpənməz blok-qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.İkinci növ ling-qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər-qüvvəni dəyişmək üçün işlədilən alətlərdir.Tarazlıq şərti:Fr=mgr və F=mg.Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.

[[Kateqoriya:Mexanika]

M.Murquzov.Vıı sinif.Fizika--94.20.43.246 18:13, 7 yanvar 2012 (UTC)