Oktay Mehdiyev

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:45, 17 yanvar 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Oktay Mehdiyev
Doğum tarixi 22 oktyabr 1976(1976-10-22) (47 yaş)
Fəaliyyəti aktyor
Təhsili



Həyatı

Mehdiyev Oktay Nüsrət oğlu (22.10.1976) 1994-cü ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1988-ci ildə oranı bitirmişdir.

1999-cu ildən hal-hazıradək H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V.Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur.

Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə.M.Lələdağ "Tələ"), Vəliqulu (C.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G.Xuqayev "Bir köpək vardı"), Təkgöz ( K.Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y.Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə.M.Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə.Əmirli "Varlı qadın"), və s. göstərmək olar.

Filmoqrafiya

Mənbə

Oktay Mehdiyev

Həmçinin bax