Beynəlxalq hüquq

Vikipediya saytından
MrArifnajafov (müzakirə | töhfələr) (Yeni səhifə: '''Beynəlxalq hüquq''' hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Müasir dövrdə beynəlxalq hüququn məz...) tərəfindən edilmiş 10:55, 8 mart 2012 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Beynəlxalq hüquq hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Müasir dövrdə beynəlxalq hüququn məzmununu genişləndirməsi məntiqi şəkildə onun subyektlərinin dairəsi genişləndirilməsi deməkdir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Buradan belə nəticə əldə etmək olur ki, beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. Beləliklə dövlətlər, beynəlxalq hüququn subyektləri ilə öz münasibətlərini xarici siyasət əsasında qurur və bu siyasətin yerinə yetirlməsi nəticəsində beynəlxalq hüquq normaları yaradır ki bunlar da müxtəlif formalrda olur. Bu münasibətlər iki tərəfli, regionla, universal səviyyədə qurula bilər ki bunun da əsasını müqavilə və konvensiyalar təşkil edir. Xarici siyasət dövlətin beynəlxalq münasibətləri ilə, məqsədləri, istiqamətləri, vəzifəsini müəyyənləşdirir. Dövlətlər xarici siyasət həyata keçirərkən əsas məqsədləri onun öz vətəndaşlarının hüquq və azdlıqlarının qorunması və müdafiəsi eləcə də dövlətin irəliləyişi üçün çox əlverişli mühitin yaradılması və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Beynəlxalq hüququn xarci siyasətlə və ümumiyyətlə siyasətlə bağlılığı məsələsi nə deməkdir? Eləcədə onlardan hansının daha önəmli olması və hansının digərini kölgədə saxlamsı məsələsi bu suallar və onların cavabı çox vacib olan məsələlərdir. Ancaq burada bir həqiqət də var ki, hansı daha güclüdür və bütün mübahisələrə baxmayaraq, onların arasında qırılmaz əlaqə vardır . Bu hətta beynəlxalq məhkəməninin aktlarında da öz əksini tapmışdır.