Qudyalçay

Vikipediya, azad ensiklopediya
Memty (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:03, 2 yanvar 2008 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Qudyalçay Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Uzunluğu 108 km,hövzəsinin sahəsi 799 kvadrat km-dir.Başlanğıcını Böyük Qafqaz silsiləsindəki Tufan dağının şimal yamacından (3000m) alır .Dağlıq sahədə çaya, soldan Doqquzul (uzunluğu 12 km), sağdan isə Ağçay (uzunluğu 24 km),qoşvuşur.Quba şəhərindən aşağı çay iki qola ayrılır: sağ qolu Qudyal, sol qolu isə Qimil adlanır.

Axımının əsas hissəsi qar suları hesabına əmələ gəlir:50%-ni qar,32%-ni yeraltı,18%-ni isə yağış suları təşkil edir. Qar suyu hesabına çayda aprel-iyul aylarında böyük daşqınlar əmələ gəlir. Bu dövürdə illik axımının 60-75%-i keçir. Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Qudyalçayın aşağı axımından suvarma işlərində geniş istifadə olunur. Bundan başqa suyun bir qismi Samur-Abşeron su kanalına axıdılır. Quba şəhəri yaxınlığında çayın üzərində HES qurulmuşdur.[1]

Mənbə

  1. "Xəzər dənizinə axan çaylar". AZƏRBAYCAN ÇAYLARI.