Hacı Şeyx Mehdi Taha
Hacı Şeyx Mehdi Taha ibn Şeyx Muhəmməd Rza ibn Hacı Nəcəf ət-Təbrizi (1825-1905)—İslam alimi, müctəhid.
Həyatı
Hacı Şeyx Mehdi XIV (XX) əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur.O, Şeyx Murtuza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. Belə əsərlərdən biri hədis alimlərinə həsr olunmuş "Ehyaul-məvat fi əhvalir-ruvat" adlı əsərdir.
Hacı Şeyx Mehdi 1328 (1905) ildə vəfat etmişdir.
Mənbə
- Tərbiyət M.Ə. Danişməndani Azərbaycan. Tərcumə Q.KəndliBakı,1991.