İmadəddin İsfahani

Vikipediya, azad ensiklopediya
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''İmadəddin Məhəmməd ibn Məhəmməd əl-Katib əl-İsfahani''' (?-{{vəfat tarixi|1201||}}) —İran tarixçisi. == Həyatı == İmadəddin İsfahani İsfahan şəh...) tərəfindən edilmiş 19:23, 29 yanvar 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

İmadəddin Məhəmməd ibn Məhəmməd əl-Katib əl-İsfahani (?- 1201(1201-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)) —İran tarixçisi.

Həyatı

İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdu. Bir çox tarixi əsərlər qələmə almışdı. Səlcuq sultanlarından Mahmud ilə Məsudun və Xəlifə əl-Müstərşid-Billahın vəziri Ənuşirvan ibn Xalid ibn Məhəmməd əl-Kəşaninin (1138-ci ildə ölmüşdür) xatirələri XI-XII əsr Azərbaycan tarixini tədqiq edənlərin marağını özünə cəlb edir. Bu əsər farsca yazılmış və müəllif tərəfindən Futur zaman əl-sudur və sudur zaman əl-futur ("Vəzirlər dövrününtənəzzülü və tənəzzül dövrünün vəzirləri") adlandırlmışdır. O, Sultan Məlik şahın hakimiyyəti (1072-1092) illərindən Sultan II Toğrulun ölümünə (1134) qədərki dövrü əhatə edir və əsərin orijinalı bizə gəlib çatmamışdır.

İmadəddin İsfahani bu xatirələri ərəbcəyə çevirmiş, onları ilk Səlcuqilərə aid giriş fəsilləri ilə təkmilləşdirmiş, dolğunlaşdırmış və onu iki dəfə ardıcıl davam etdirmişdir: birinci dəfə, əsərin özünün yazılmasından tərcüməsinə (1183) qədərki hadisələri, ikinci dəfə isə İraq səlcuqilərinin son sultanı III Toğrulun ölümünə (1194) qədərki dövrə aid hadisələri qələmə almışdır. İmadəddin İsfahani bu əsərini Nüsrat əl-fatra və usrat əl-fitra ("Yorğunluqda yardım və məxluğun sığınacağı") adlandırmışdır. Bu əsər Paris Milli kitabxanasında saxlanan yeganə əlyazma nüsxəsi ilə məşhurdur və indiyədək çap edilməmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər