Alim Dərələyəzli

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:33, 29 avqust 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
ALİM DƏRƏLƏYƏZLİ
Doğum tarixi 18 may 1953(1953-05-18) (71 yaş)
Doğum yeri
Fəaliyyəti şair

Alim Dərələyəzli tam adı:Alim Cəfər oğlu Gülmalıyev - şair. Şair publiçist,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qazetinin redaktoru. (d.18 may, 1953, Gəncə)

Həyatı

Alim Dərələyəzli 18 may 1953-cü ildə Gəncə şəhərində dünyaya göz açib. Ailəsi 1956-cı ildə Ata yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşür. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirir. 1969-cı ildə Alim Gəncəyə gəlir. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnir. Həm də 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alır. 1972-ci ildə məktəbi bitirib, yenidən ata yurdu olan Dərələyəz mahalına qayıdır.. Bir müddət Arpa-Sevan tunelində çalışır.1973-cü ildə hərbi xidmətə yollanır.1973-75-ci illrdə İrkutsk şəhərində hətbi xidmətdə olur.1975-ci ildə xidməti başa vurub Kemerovo şəhərinə yollanır. Həmin ili də Dağ-mətən texnikomuna daxil olur və 1978-ci ildə texnikomu bitirir.1978-ci ilin payızında xəstəliyi ilə əlaqədər Mingəçevir şəhərinə gəlir. O vaxtdan dövrü mətbuatda şerləri çap olunur.Qızğın yaradıcılığa isə 1980-cı ildən başlayır.Şerləri,Təmsilləri yerli və Respublika qəzet və jurnallarında müntəzəm dərc olunur. "Mingəçevir İşıqları", "Azərbaycan İşıqları", "Səda", "Kirovabad Kommunisti", "Nizami yurdu", "Yevlağın Təşəbbüs" qəzetində şairin şerləri müntəzəm dərc olunur.Alim Kür ədəbi birliyinin üzvü olub.1990-cı ildə şair "Boz-Dağ" ədəbi birliyinin sədri seçilir. 1995-ci ildə o Bakı şəhərinə köçür. 1996-97-ci illərdə AYDINLIQ qəzetinin bölgə müxbiri vəzifəsində çalışır. 1997-98-ci illərdə isə "HƏMRƏYLİK"qəzetində redaktor vəzifəsində çalışııb. Yazıları Respublika,"Xalq" qəzetində dərc olunub.O dövrlərdə dövlət televiziyasında radio verlişləri hazırlayıb. Şairin ilk kitabı, "Qəlbimin Dağ Boyda Qəmi "1992-ci ildə Gənclik Nəşriyyatı tərəfindən işıq üzü görür. 1994-cü ildə isə Gənclik Nəşriyyatı tərəfindən şairin ikinci "Qaramanlı Qamboy Ağa" kitabı nəşr olunur. "Qeyrət Qalası" kitabı isə 1995–ci ildə "Səda" nəşriyyatı tərəfindən çap olunur. "Dərələyəzim Dərdim Mənim" kitabı isə 1999-cu ildə "Ağrıdağ" nəşriyyatı tərəfindən çap olunur. Şairin cəbhə bölgəsində yazdığı "Mingəçevir Şahinləri" kitabı 1999-cu ildə "Səda" nəşriyyatı tərəfindən çap olunur.Bir neçə Almanaxda şairin Şerləri və bayatıları çap olunub. Geniş oxucu kütləsinə "Qəlbimin Dağ Boyda Qəmi", "Qeyrət Qalası", "Qaramanlı Qamboy Ağa", "Dərələyəzim Dərdim Mənim", Mingəçevir Şahinləri" kitabları ilə tanış olan şair bu günün özündə də coşqun həvəslə öz yaradıcılığını davam etdirməkdədir.Şairin son illərdə qələmə aldığı şerlər və poemalar yaxın günlərdə geniş oxucu kütləsinə təqdim olunacaqdır. 1985-ci ildə universiteti bitirib,ali təhsillidir. Şairin əksər əsərləri qəhramanlıq mövzusu üzərində qurulub.Ailəlidir. İki övladı var.

Kitabları

  • "Qəlbimin Dağ Boyda Qəmi", 1992, "Gənclik Nəşriyyatı"
  • "Qaramanlı Qamboy Ağa" 1994, "Gənclik Nəşriyyatı"
  • "Qeyrət Qalası" 1995, "Səda" nəşriyyatı
  • "Dərələyəzim Dərdim Mənim", 1999, "Ağrıdağ" nəşriyyatı
  • "Mingəçevir Şahinləri" 1999, "Səda" nəşriyyatı
  • Səndən ayrı düşəndə, "Dərələyəz-M", 18.01.2012-ci il.

Xarici keçidlər

Həmçinin bax