Midhəd Abbasov

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) (Yeni səhifə: '''Midhət Abasov''' — texnika elmləri doktoru, 1980-ci ildən Elmlər Akademiyasının həqiqi üzvü == Həyatı == M.Abbasov 1926-cı ildə Bakıda anadan olub. Azərbaycan ...) tərəfindən edilmiş 13:32, 12 sentyabr 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Midhət Abasov — texnika elmləri doktoru, 1980-ci ildən Elmlər Akademiyasının həqiqi üzvü

Həyatı

M.Abbasov 1926-cı ildə Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən bölməsini bitirən M.Abbasov texnika elmləri doktorudur, 1980-ci ildən Elmlər Akademiyasının həqiqi üzvüdür.

650 elmi əsərin müəllifi olan Midhət Abbasovun 43 müəlliflik şəhadətnaməsi, 6 patenti olub. Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin nəzəri əsaslarının hazırlanmasında böyük əməyi olan akademik qısa müddətdə dövlət katibi vəzifəsində çalışıb.

1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləyib.

M.Abbasov Azərbaycan Dövlət Mükafatı, “Qırmızı Əmək Bayrağı” ordeni, Akademik İ.M.Qubkin adına mükafat, Azərbaycan SSRİ Ali Sovetinin Fəxri fərmanı, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına, “SSRİ Fəxri neftçisi”, “SSRİ qaz sənayesinin fəxri işçisi”, SSRİ ixtiraçısı adlarına layiq görülüb.

23 aprel 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş dövlət naziri, akademik Midhət Abbasov uzun sürən ağır xəstəlikdən 86 yaşında vəfat edib. 24 aprel 2012-ci ildə dəfn olunmuşdur[1].

  1. Azərbaycanın keçmiş dövlət naziri vəfat edib