Mürtəza Kazımi Müşfiq

Vikipediya saytından
Vüqar Xəzaralı (müzakirə | töhfələr) (Yeni səhifə: '''Murtəza Kazımi Müşfiq'''(1887-1978) müasir İran ədəbiyyatının banilərindən biri, romançı. 1924-cü ildə Berlində nəşr olunana İranşəhr jurnalında çap ...) tərəfindən edilmiş 21:52, 15 sentyabr 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Murtəza Kazımi Müşfiq(1887-1978) müasir İran ədəbiyyatının banilərindən biri, romançı. 1924-cü ildə Berlində nəşr olunana İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan etdiyi tərcümələrini nəşr etdirdiyi "İrane-Cavan" jurnalını redaktə edib. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı, sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX-ci əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin geniş təsvirini, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər - "Solğun çiçək" və "Qiymətli qısqanclıq" məşhur romanları, kəskin sosial məsələlərə deyil, sadə məişət təsvirinə həsr olunmuşdur.

Mənbə

Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.