Corc Eliot

Vikipediya saytından
Shirvan201 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Corc Eliot''' (22 Oktyabr 1819 Nuneaton - ö. 22 Dekabr 1880 London) - təxəllüslə yazan '' 'Meri Enn' '' ya da '' 'Marian Evans' '' Viktoriya dövrünün ən məşhur ...) tərəfindən edilmiş 07:02, 2 noyabr 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Corc Eliot (22 Oktyabr 1819 Nuneaton - ö. 22 Dekabr 1880 London) - təxəllüslə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarındandır.

Həyatı

Corc Eliot həyatının ilk 21 ilini İngiltərənin Uoruikşayr bölgəsindəki bir kənddə keçirmişdir. Bu illərdə insanları və ətrafı yaxından tanıma imkanı olmuşdur. Anasının ölümündən sonra böyük bir malikanənin anbardarı olan atası ilə qalmalı olduğundan məktəbdən çıxmalı olmuşdur. Din, əxlaq və siyasət mövzusunda qatı bir görüşü olmayan, azad düşüncəli mühitə düşməsi onun qarşısına yeni qapılar açdı. 1849-cu ildə atasının ölümündən sonra İsveçrəyə getmiş, daha sonra Londona köçərək Vestminster Revyu jurnalında işlməyə başlamışdır. Geniş fikirli bir qadın olan Eliot, o dövrün öndə gələn yazıçıları ilə tanış olmuşdur. Bunlar arasında məşhur journalist Corc Henri Lyus ilə olan dostluğu həyatına böyük məna qatmışdır. Lyus onu roman yazmağa həvəsləndirir və münasibətləri Lyus ölənədək təxminən 25 il xoşbəxtlik içində davam etmişdir.

Yaradıcılığı

Ədəbiyyat həyatına tənqidçi və tərcüməçi olaraq başlamışdır. İlk hekayəsi Scenes of Clerical Life'dır ( 1852; "Din Adamının Həyatından Səhnələr"). 1859da çıxan ilk romanı “Adam Bede” gündəlik həyatı incəliklərinə qədər təsvir etməsi ilə diqqət cəlb etmişdir. 1860-cı ildə Sahildəki dəyirman, bundan bir il sonra isə tarixi roman olan “Romola” çıxır. Bunları Silas Marner, Radikal Feliks Holt və bir şah əsər olan Middlemarch izləyir. Bu roman bir neçə mövzunun iç-içə giridyi, torpaq sahiblərindən kəndlilərə qədər bütün insanların böyük bir reallıqla təsvir olunduöu və çağdaş düşüncələrin yer aldığı güclü əsərdir. Eliot yazmaqdakı məqsədinin “tozlu küçələrdən və tarlalardan gələn bir dəri bir sümük insanların” həyatlarını əks etdirmək olduğunu vurğulamışdır. 1878-ci ildə Lyus öldükdən sonra Con Uolter Kros ilə evlənən Eliot bundan qısa bir vaxt sonra xəstələnərək ölmüşdür.

Əsərləri

Romanlar

Şeirləri

  • The Spanish Gypsy (dramatik şeir) 1868
  • Agatha, 1869
  • Armgart, 1871
  • Stradivarius, 1873
  • The Legend of Jubal, 1874
  • Arion, 1874
  • A Minor Prophet, 1874
  • A College Breakfast Party, 1879
  • The Death of Moses, 1879
  • From a London Drawing Room,
  • Count That Day Lost, ?

Digər işləri

  • "The Life of Jesus Critically Examined" Devid Straus tərəfindən yazılan əsərin tərcüməsi, 1846
  • "The Essence of Christianity" Ludwig Feyerbax tərəfindən yazılmış əsərin tərcüməsi 1854
  • Scenes of Clerical Life 1858
    • The Sad Fortunes of the Rev. Amos Barton
    • Mr Gilfil's Love Story
    • Janet's Repentance
  • The Lifted Veil, 1859
  • [http://www.princeton.edu/~batke/eliot/jacob/ Brother Jacob, 1864
  • Impressions of Theophrastus Such, 1879

Mənbə

https://en.wikipedia.org/wiki/George_Eliot