D-20

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:38, 30 yanvar 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

D-20 — Sovet (SSRİ) istehsalı olan 152 mm-lik yedəklənən haubiça-topu.

İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulmuşdur. Haubiça-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlamış və 1955-ci ildə ordu sıralarında görünmüşdür.

Konstruksiyası

D-20 topu ilk olaraq vertikal işləyən yarımavtomatik pazlı çaxmaq sistemi ilə təhciz olunmuş haubiçadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lülə ucu əyləcdən (tormoz) ibarətdir.

Top bir oxlu lafet üzərinə quraşdırılmış və yedəklənəndir.

Döyuş sursatları

Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır.

Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:

  1. Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi. Atış məsafəsi 17400m-dir .
  2. Kumulyativ-qəlpələnən mərmilər.
  3. Yandırıcı mərmilər.
  4. Maniə yaradan mərmilər.
  5. Nüvə sursatlı 3ВБ3 mərmisi (qadağan edilib).
  6. Kimyəvi mərmilər.
  7. Zədələyici oxlu hissələrdən ibarət olan mərmilər.
  8. İdarəedilən mərmilər.

Qabaritləri

Top əsas ölçüləri: Uzunluğu döyüş vəziyyətində 12300mm, şit boyu hündürlük 2000mm yürüş vəziyyətində, yoldan hündürlüyü 380mm, gediş eni 2400mm.

Topu yedəyə alınıb aparılması üçün Ural, Kamaz və digər iri yük avtomaşınlarından və AT-T, ATC, ATC-59, MT-T tırtırlı artilleriya yedəkləyicilərindən istifadə olunur.

Silahlanmada

Hal-hazırda D-20 haubiça-topu keçmiş Sovet məkanı olkələrinin, həmçinin Çin, Misir, Hindistan və s dövlətlərin silahlanmasında mövcuddur.