Bakı Televiziya Qülləsi

Vikipediya, azad ensiklopediya
Abc italiano (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:21, 11 fevral 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

--Abc italiano (talk) 10:21, 11 fevral 2014 (UTC)Abc_italiano

Fayl:Телевышка 1652.jpg
Bakı Televiziya Qülləsi

Bakı Televiziya Qülləsi - 1996-cı ildə Bakı şəhərində inşa olunmuş televiziya qülləsi. Qüllənin hündürlüyü 310 metrdir. Bu , Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 34-cü Televiziya Qülləsidir. Kompleks SSRI-nin Nazirlər Şurasının qərarına və Azərbaycan Respublikasının Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilmişdir. Tikinti işləri 1979-cu ildə başlamışdır. Layihə hesablamalarına görə tikinti işləri 1985-ci ildə tamamlanmalı idi. Lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılmışdı. Qüllənin tikintisi yenidən 1993-cü, yəni artıq müstəqillik dövründə başlanmışdır və 1996-ci ildə kompleksin rəsmi açılışı mərasimi keçirilmişdir. Tele-Qüllədə 2008-ci ildə yenidənqurma işləri aparılıb, 175 metr yüksəklikdə (67-ci mərtəbədə) şəhərin gözəl mənzərəsinə baxmağa imkan verən , dövr edən restoran açılmışdır.