Badamlı (kənd, Şahbuz)
BADAMLI | |
---|---|
39°27′00″ şm. e. 45°31′46″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şahbuz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.439 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7120 |
Vikianbarda əlaqəli mediafayllar |
Badamlı – Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.
Tarixi
Badamlı kəndi əslən Azərbaycan kəndidir.
Mədəniyyəti
Kənd Əhalisi əsasən heyvandarliqla məşgul olur.Kəntdəki meyvə agaclarinin əsasini badam agaclari təşkil edir
Sekiller
Coğrafiyası və iqlimi
Esasen Daqliqlardan teskil olunub Badamli mineral suyu da mehz bu kendin erazisinde cixir.Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.
Əhalisi
Gülərüz və qonaqpərvər əhalisi var .
İqtisadiyyatı
Kəndin ərazisində mineral su mənbəyi yerləşir. Bu mineral suyun mənbəyi dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. «Badamlı» bulaqları XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istehsal edilir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik məhsuldarlığı 2,5 milyon litrdir. İkinci dünya müharibəsindən az sonra, 1947-ci ildən Şahbuz rayonunda «Badamlı» zavodu fəaliyyət göstərirdi. 1970-80-ci illərdə həmin müəssisə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90%-i respublikamızdan kənara göndərilirdi. Sovet iqtisadi sisteminin süquta uğraması bir müddət «Badamlı»ya təsirsiz ötmədi. Lakin 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarmağa müvəffəq olmuşdur. «Gəmiqaya Mineral sular» MMC şirkəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən fəaliyyətə başlamışdır. Badamlı mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin suların tərkibi Rusiyadakı Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni tərkiblidir.
Xarici keçidlər
Mənbə
- Mənbə:
Şablon:Şahbuz rayonu kənd/qəsəbələri
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |