İtdirsəyi

Vikipediya, azad ensiklopediya
TuraL Gadir (müzakirə | töhfələr) (Yeni səhifə: '''İtdirsəyi''' - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi ''stafilokokk bakteriyaları''dır. ==Əlamətləri=...) tərəfindən edilmiş 09:50, 13 mart 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır.

Əlamətləri

Göz qapağının məhdud bir nahiyəsi şişkinləşir, ağrılı olur. 2-3 gündən sonra irincik əmələ gəlir, deşildikdə irin ifraz olunur. Maddələr mübadiləsinin pozulması, avitaminoz, qanazlığı, ümumi zəiflik, diabet və s. xəstəliklər itdirsəyinin törəməsinə səbəb olur.

Müalicəsi

İtdirsəyini törədən səbəbləri arada qaldırmaq, xəstəliyin başlanğıcında çay sodası, yaxud kalendula məhlulundan həmin nahiyəyə islatma qoymaq, brilyant yaşılı sürtmək və s. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər.

Ədəbiyyat

  • "Göz xəstəlikləri" - Musabəyli U.S. Bakı 1972
  • Azərbaycan Sovet Ensiklopediyası V cild, səh. 18