Qızdırma

Vikipediya saytından
Alkişiyeva (müzakirə | töhfələr) (Yeni səhifə: '''Qızdırma''' (''febiris,pyrexia'') - uyğunlaşma reaksiyası olub,orqanizmin təbii rezistentliyini yüksəldir.Yəni xəstəliyə cavab olaraq orqanizm özü bədən temperat...) tərəfindən edilmiş 10:09, 21 mart 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qızdırma (febiris,pyrexia) - uyğunlaşma reaksiyası olub,orqanizmin təbii rezistentliyini yüksəldir.Yəni xəstəliyə cavab olaraq orqanizm özü bədən temperaturunu normadan yuxarı qaldırır və onu tənzim edir.Qızdırmanın müddəti və dərəcəsi mikrobun virulentliyindən,onun aktiv vəziyyəyinin müddətindən,və orqanizmin müdafiə mexanizmlərindən asılıdır.Çox vaxt kəskin 15 günə qədər,bəzən subxroniki və xroniki qızdırma olur.2-3gün davam edən hərarət efemer qızdırma adlanır.Lakin,temperaturun artması hər zaman qızdırma hesab edilmir.Məs:istinin əmələ gəlməsi və verilmnəsinin pozulması ilə əlaqədar olaraq bəzi istilik xəstəlikləri - istivurma,hipertireoz,atropinlə zəhərlənmə zamanı hipertermiya baş verir.Orqanizmin normal aktivliyi və ya fizioloji proseslər də temperaturu qaldıra bilər.Adətən sirkad ritmlə,yəni gün ərzində dəyişmə ilə əlaqədar bir az qızdırma qeyd edilir.Sağlam adamın temperaturu saat 18 də ən yüksək olur,gecə saat 3 də isə minimal dərəcələrə çatır.Çoxlu yemək,ağır və uzun sürən fiziki iş bədən temperaturunu bir qədər artıra bilər.Temperatur tez,kəskin qalxdıqda hətta xəstəliyin başladığı saat da təyin edilir.Bu zaman qızdırma üşütmə və ya bərk titrətmə ilə müşayiət olunur.Kəskin başlayan qızdırma leptospirozda,qripdə,malyariya da rast gəlir.Temperaturun yüksəkliyinə görə subfebril -37-37,9 °C,mötədil - 38-39,9°C,yüksək - 40-40,9°C,və xeyli yüksək -hiperpireksiya -41°C və daha yuxarı qızdırmaya rast gəlinir.