İSİN

Vikipediya saytından
Kanan 18 (müzakirə | töhfələr) (Yeni səhifə: İSİN kod maliyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli ka...) tərəfindən edilmiş 17:38, 30 aprel 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

İSİN kod maliyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12-işarəli hərfi-rəqəmli koddur.İlk iki işarə ölkə kodunu müəyyən edir. Öıkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya, borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir.

Növbəti doqquz rəqəm, qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number, və ya NSIN) götürülür.

Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 “ikiqat artır – topla - ikiqat artır” (“Modulus 10 Double Add Double technique”) moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.

Istinad

* Milli Depozit Mərkəzi tərəfindən verilən ISIN və CFI kodları