İmperatorun ad günü

Vikipediya saytından
Feminov (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:03, 8 may 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İmperator ailəsi ad gününə gələnləri salamlayır, 2005

İmperatorun ad günü (yap. 天皇誕生日 Tenno:tandzö:bi) – Yaponiyanın dövlət bayramı. Akihitonun taxta oturduğu 1989-cu ildən bəri dekabrın 23-də qeyd edilir[1].

Meydzi imperatoru Musuxitonun hakimiyyəti dövründə (1868-1911) imperatorun ad günü noyabrın 3-də qeyd edilirdi.

Taysö imperatoru Yösihitonun hakimiyyəti dövründə (1912-1926) imperatorun ad günü avqustun 31-də qeyd edilirdi.

Söva imperatoru Hirohitonun hakimiyyəti dövründə (1927-1988) imperatorun ad günü aprelin 29-da qeyd edilirdi[2]. Hirohitonun ölümündən sonra 29 aprel Yaşıllıq günü adı altında dövlət bayramına çevrildi, 2007-ci ildən isə Söva günü adlanır[3].

İmperator sarayı adətən kənar şəxslərə bağlı olsa da, imperatorun ad günündə və yanvarın 2-də sarayın ərazisini ziyarət etməyə icazə verilir. İmperatorun ad günündə imperator ailə üzvləri ilə birlikdə sarayın balkonundan onları görməyə gəlmiş insanları salamlayır[4].

İstinadlar

  1. {{cite web |url=http://www.japan-guide.com/e/e2062.html%7Ctitle=Japanese Holidays|publisher=japan-guide.com}
  2. {{cite web |url=http://www.spartacus.schoolnet.co.uk/2WWhirohito.htm |title=Emperor Hirohito |publisher=Spartacus Educational}
  3. {{cite web |url=http://www.japan-guide.com/e/e2282.html%7Ctitle=Golden Week|publisher=japan-guide.com}
  4. {{cite web |url=http://www.tokyotopia.com/tenno-no-tanjobi.html%7Ctitle=Tenno No Tanjobi celebrates the Emperor's birthday in Japan|publisher=TokyoTopia Or Tokyo Made Simple}