Olimpiya ordeni

Vikipediya saytından
Fortius-94 (müzakirə | töhfələr) (Yeni səhifə: {{iş gedir}} thumb|right|200px|Qızıl Olimpiya Ordeni '''Olimpiya ordeni''' — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpi...) tərəfindən edilmiş 16:50, 21 iyun 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Fayl:Olympic gold medal.jpg
Qızıl Olimpiya Ordeni

Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır.

Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançıdır. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır.[1]

İstinadlar

  1. "Nadia Comaneci". İstifadə tarixi: 21 iyun, 2014.