Avropa İqtisadi Birliyi

Vikipediya, azad ensiklopediya
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:51, 1 iyul 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Avropa İqtisadi Birliyi (AİB).

1957-ci ildə Roma Müqaviləsi və altı ölkənin iştirakı ilə (Almaniya, İtaliya, Hollandiya, Belçika, Lüksemburg və Fransa) Avropa İqtisadi Birliyi və yenə eyni ildə Avropa Atom Enerji Topluluğu quruldu. Bu üç topluluq qanunvericilik nöqtəsindən ayrı, siyasi cəhətdən isə vahid bir təşkilatdır. Üç topluluğun da ümumi iqtisadi hədəfi, iqtisadi fəaliyyətlərin müntəzəm inkişafı, daimi və nizamlı iqtisadi böyümə, yaşayış standartının artırılması, yüksək bir məşğulluq səviyyəsi, iqtisadi və valyuta istikrarı idi.[1] 1960-cı illərin sonlarında Avropa İqtisadi Birliyi çərçivəsində vahid Gömrük İttifaqı yaradılmış, gömrük rüsumları ləğv olunmuş, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv olunmuş, üçüncü tərəfə qarşı ümumi gömrük tarifləri müəyyənləşdirilmişdir. Avropa İqtisadi Birliyində 1992-ci ilədək vahid daxili bazarın formalaşdırılması prosesi başa çatdı. Avropa İqtisadi Birliyinin məqsədi, əvvəlcə Gömrük İttifaqı və müştərək bazar, daha sonra da bir çox milli siyasətin koordinasiyası və müştərək siyasətlər ilə iqtisadi birliyə nail olmaqdır. 1993-cü ildə Maastrixt sazişi qüvvəyə minmiş və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılmışdır.

İstinadlar

  1. Emine Bilgili, “Euro ve Ortak Pazar”, Dış Ticaret Dergisi, Temmuz-1999

== Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.22 Şablon:Link GA