Hüseynbala Nemətzadə
Hüseynbala Nemətzadə | |
---|---|
Doğum tarixi | 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 1995 |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1943-cü ildən |
Hüseynbala Nemətzadə - SSRİ Jurnalistlər İttifaqının üzvü, Qızıl Qələm mükafatı laureatı, jurnalist-publisist
Həyatı və fəaliyyəti
Hüseynbala Nəsir oğlu Nemətzadə 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. O eyni zamanda Azərbaycan SSR Jurnalistlər birliyinin üzvü olmuş qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüş, medalla təltif edilmişdir.
Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bir müddət pedaqoji fəaliyyət göstərən Nemətzadə 1961-ci ildən ömrünün sonuna qədər "Azərbaycan müəllimi", "Bakı", "Баку" qəzetləri və “Kirpi” jurnalının redaksiyalarında çalışmışdır.
Hüseynbala Nemətzadə 1995-ci ildə Bakıda vəfat etmişdir.
Hüseynbala Nemətzadə fəlsəfə doktoru Səbirə Nemətzadənin əmisidir.