Oda Teatrı

Vikipediya, azad ensiklopediya
Elminbadalov (müzakirə | töhfələr) (→‎Yaranması) tərəfindən edilmiş 10:01, 7 sentyabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Oda Teatrı
Ümumi məlumatlar
Əsası qoyulub 15 iyul 2013
Heyət
Direktor Elmin Bədəlov
Yerləşməsi
Ünvan Əlövsət Quliyev 115

Oda TeatrıBakıda yerləşən müstəqil teatr.

Yaranması

Teatr bir qrup gənc tərəfindən yaradılıb və yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Topçubaşov 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə bir neçə problemlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Əlövsət Quliyev 115 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfteatr quruluşunda həyata keçirəcək. Teatrının rəhbəri Elmin Bədəlovdur. Teatrın rejissoru İmam Həsənov, teatrın aktyorları isə İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz Ilyasoğlu.

Fəaliyyəti

Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar) tamaşalarını səhnələşdirib.

Aktyorları

İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Günay İlyasova, Anar Əliyev, Cavid Abdullayev

İstinadlar


Həmçinin bax

Xarici keçidlər