Hacı Möhsün xan Əmini

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini''' (?-?)— İran siyasətçisi. == Həyatı == Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacar...) tərəfindən edilmiş 12:05, 27 oktyabr 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini (?-?)— İran siyasətçisi.

Həyatı

Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacarlar dövrünün məşhur şəxslərindən biridir. Atası Mirzə Əli xan Əminəddövlə Qacarlar dövlətinin baş naziri olmuşdu. Maarifpərvər şəxs olduğundan məmləkətdə çoxlu məktəblər açmışdı. Möhsün xan da mükəmməl mədrəsə təhsili almışdı. O atasının dövründə siyasi həyata atılmışdı. Bir müddət maliyyə idarəsində içləmişdi.

Hacı Möhsün xan Əmini Məşrutə hərakatı dönəmində fəal rol oynamışdı.

Ailəsi

Hacı Mirzə Möhsün xan Əminəddövlənin övladları Əmini sоyadını daşıyırlar.

Mirzə Möhsün xan Əminəddövlə Fəxrəddövlə Əşrəf xanım Müzəffərəddin şah qızı Qovanlı-Qacar ilə ailə qurmuşdu. Əli xan, Məhəmməd xan, Əhməd xan, Rza xan adlı оğulları, Məsumə xanım adlı qızı vardı.