Nikah

Vikipediya saytından
2.244.89.14 (müzakirə) (Azərbaycan Respublikasının Ailə Məcəlləsi) tərəfindən edilmiş 14:49, 22 yanvar 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Nikah, kəbin, izdivac - evlənmənin qanuni şəklə salınması.

Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nikah qarşılıqlı razılıq əsasında bağlanır», «nikah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları bərabərdir».

Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi 18 yaş müəyyən olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi ***10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.


Kursiv mətn--2.244.89.14 14:49, 22 yanvar 2015 (UTC)--2.244.89.14 14:49, 22 yanvar 2015 (UTC)Qalın mətn [1]

Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.

Mütə

border=none Əsas məqalə: Mütə

Mütə - İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah.

Maraqlı faktlar

  • Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nigah bağlamaq qadağan edilmişdir.[2]

İstinadlar

Xarici keçidlər