Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsi

Vikipediya, azad ensiklopediya
Kanan 18 (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:27, 1 mart 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

İstehsalat Proseslərinin Avtomatlaşdırılması Fakültəsi (İPAF) — Azərbaycan Dövlət Neft Akademiyasının yeddi fakültəsindən biridir.

Tarixi

İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı ilə əlaqədar yaranmış tarixi zərurət nəticəsində 1961-ci ildə yaradılmışdır[1].

Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir:

  • dosent İ.Ə.Nəbiyev (1961-1963)
  • dosent H.H.Səmədov (1963-1979)
  • dosent R.Ə.Zeynalov (1979-1993)
  • professor İ.M.Abdullayev (1993-2003)
  • dosent T.A. Əliyev (2003-2011).

Hal-hazırda dekan vəzifəsini dosent Allahverdiyev Ramiz Nəsib oğlu icra edir. Onun müavinləri - dosent S.İ. Yusifov, t.f.d. N.A.Xanbutayeva, BBA və ZU proqramları üzrə tədrisə məsul şəxs – dosent F.Ə. Hüseynovadır.

Yarandığı gündən fakültədə 13 minə yaxın ali təhsilli mütəxəssis, o cümlədən 8400 mühəndis, 4028 bakalavr, 400-dən artıq magistr hazırlanmışdır.[1]

Kafedralar

  • Ali riyaziyyat
  • Avtomatika, telemexanika, elektronika;
  • Avtomatlaşdırılmış idarəetmə sistemləri;
  • İstehsal proseslərinin avtomatlaşdırılması;
  • İnformasiya-ölçmə və hesablama texnikası;
  • Kompüter texnologiyaları və proqramlaşdırma;
  • Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması;
  • Biotexniki və tibbi aparatlar və sistemlər.[1]

İxtisaslar

  • Cihazqayırma mühəndisliyi;
  • Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Tempus proqramı çərçivəsində);
  • Mexatronika və robototexnika mühəndisliyi;
  • Kompüter mühəndisliyi;
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
  • Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi;
  • Biotibbi texnologiya mühəndisliyi;
  • Biznesin idarə edilməsi (BBA proqramı);
  • Menecment (BBA proqramı);
  • Sənayenin təşkili və idarə olunması (ZU proqramı).

Həmçinin bax

Mənbə

«İSTEHSAL PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASI» FAKÜLTƏSİ

İstinadlar

  1. 1 2 3 «İSTEHSALAT PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASI» FAKÜLTƏSİ - Fakültənin tarixi

Xarici keçidlər