Oda Teatrı

Vikipediya saytından
185.30.91.150 (müzakirə) tərəfindən edilmiş 13:49, 8 iyun 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Oda Teatrı
Fayl:Http://www.google.az/imgres?imgurl=http://axar.az/upload/axar.az1390426236oda.jpg&imgrefurl=http://axar.az/news/7062&h=235&w=300&tbnid=uXxm0jfewa4o3M:&zoom=1&docid=Vy62B qLt7-tHM&ei=Op11VaCRO4GNsgHnzZOoDA&tbm=isch&ved=0CBoQMygAMAA
Ümumi məlumatlar
Əsası qoyulub 15 iyul 2013
Heyət
Direktor Elmin Bədəlov
Yerləşməsi
Ünvan Dilarə Əliyeva 141

Oda TeatrıBakıda yerləşən müstəqil teatr.

Yaranması

Teatr bir qrup gənc tərəfindən yaradılıb və yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Topçubaşov 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə bir neçə problemlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Əlövsət Quliyev 115 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfteatr quruluşunda həyata keçirəcək. Teatrının rəhbəri Elmin Bədəlovdur. Teatrın rejissoru İmaməddin Həsənov, teatrın aktyorları isə İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz Ilyasoğlu.

Fəaliyyəti

Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Vasiliy Siqaryovun əsəri əsasında hazırlanan "Bəyaz Şedevr", Müzəffər İzgünün “Sərhəd” əsəri əsasında hazırlanan “Tikanlı məftillər” tamaşalarını səhnələşdirib.

Təsisçilər

İlqar Cahangir, Elmin Bədəlov, Nihad Qulamzadə

Aktyorları

İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz İlyasoğlu

İstinadlar


Həmçinin bax

Xarici keçidlər