Ağ tut

Vikipediya saytından
85.100.42.44 (müzakirə) (Yeni səhifə: thumb|left Bu bitki tut - Moraceae fəsiləsindəndir. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respubli...) tərəfindən edilmiş 19:54, 8 oktyabr 2008 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Bu bitki tut - Moraceae fəsiləsindəndir. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir.

Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur.

Ağ tutun yarpaqlarında 0, 75 % üzvi turşular, 50 - 60 mq % askorbin turşusu, 1,5 % - 2 % şəkərli maddələr, 2 - 3 % aşı maddələri vardır. Meyvələrində 23 - 24 % şəkər, 2,5 % üzvi turşular, 70 - 80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir.

Xalq təbabətində ağ tutun qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı bir stəkan qaynar suda dəmləyib, ürək ağrılarında içirlər.

Ağ tut meyvələri ürək zəifliyində, qan azlığında çox xeyirlidir. Meyvəsindən hazırlanan bəkməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. xalq təbabətində tut ağacının qol - budaqlarının qabıqlarından qurudub poroşok halına salandan sonra 1 - 2 çay qaşığı 1 stəkan qaynar suda dəmləyib, qarın ağrılarında və eləcə də qurdqovucu dərman kimi qəbul edirlər. Tut ağacı meyvələri can sağlığı mühafizəsində də çox xeyirlidir.