Ağacəbrayıl Abasəliyev
Ağacəbrayıl Abasəliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 iyul 1955 (68 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müəllim |
Fəaliyyət illəri | 1965-ci ildən |
Janr | muğam |
Musiqi aləti | kamança |
Mükafatları |
Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (d. 7 iyul 1955,Bakı) — məşhur kamança ifaçısı, Azərbaycanın əməkdar artisti.
Həyatı
Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. 1974-cü ildə Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini - Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir.