Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri

Vikipediya, azad ensiklopediya
VLitvinoFF (müzakirə | töhfələr) (Yeni səhifə: Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri File:Sesyazma evi.jpg|thumb| Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivlər...) tərəfindən edilmiş 11:31, 28 oktyabr 2015 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri

Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri.


1926 –cı  ildə,  indiki Ə.Əlizadə-9 ( keçmiş Fioletov-9 ) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931–ci ildə  Azərbaycanın professional musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü  ilə,  bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi  adına simfonik  orkestri  yaradılır. Tarixin dünəninə nəzər saldıqda görürük ki, Səsyazma evində   daim əbədiyaşar sənətkarlar çalışmış və əməkdaşlıq etmişlər.Onu da  qeyd  etmək  lazımdır  ki, Üzeyr bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik  etmişdir.Səsyazma Evi Musiqi  kollektivləri  kimi  fəaliyyət  göstərən bu sənət  məbədgahı  daim Azərbay milli  mənəvi  dəyərlərinə   xidmət  etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, min illərdən gələn milli mənəvi dəyərlərimizi qorumaq,  dövlətimizin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə professional musiqimizi təbliğ etməkdir.

  • Səsyazma Evinin Direktoru və bədii  rəhbəri – Ramil Qasımov (Əməkdar artisti)
  • Direktorun 1-ci müavini – Mubariz Tağiyev (Xalq artisti)
  • Direktorun müavini-İlhamə Quliyeva (Xalq artisti)
  • Səsyazma sexinin rəisi – Səkinə Axundzadə
  • Böyük redaktor – Rəşid Şəfəq (Əməkdar incəsənət xadimi)
  • Səs rejissoru – Məmmədağa Dadaşov

Səsyazma evində fəaliyyət göstərən musiqi kollektivləri

  • 1 Əməkdar kollektiv Azərbaycan Televiziya və Radiosunun Səid  Rüstəmov  adına  Xalq  Çalğı  Alətləri  Orkestri
  • 2 Niyazi   adına  Dövlət simfonik   orkestri
  • 3 Cahangir Cahangirov  adına  xor
  • 4 Tofiq  Əhmədov  adına  estrada-simfonik  orkestri
  • 5 Uşaq  Musiqili  Teatrının   Əfsər Cavanşirov adına  “Bənövşə” uşaq  xoru
  • 6 Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı
  • 7 Əhməd Bakıxanov adına xalq  çalğı alətləri ansamblı
  • 8 Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı
  • 9 “Qaytağı”  instrumental ansamblı 
  • 10 Uşaq  Musiqili  Teatrı

Əməkdar Kollektiv Azərbaycan Televiziya və Radiosunun Səid  Rüstəmov  adına  Xalq  Çalğı  Alətləri  Orkestri

Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv  xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931 –ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur.  İlk  dövrlərdə orkestrin  dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq  kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur.  İlk heyyəti  Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov,  Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə.Quliyev və b.-dən ibarət idi. 1935 – ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da tezliklə  Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Səid Rüstəmov orkestr üçün yeni əsərlər yazmağa başlayırlar. Belə ki, radionun yaradılmasına həsr olunmuş  Müslüm Maqomayevin RV-8 (Radio marşı), Üzeyir Hacıbəylinin 1 və 2 №li fantaziyaları, Səid Rüstəmovun mahnıları orkestrin repertuarını daha da genişləndirir. 1936-cı ilin aprel ayında I Ümumittifaq Radio festivalında iştirak edib mükafat qazanan orkestr, 1937-ci ildə Moskva və Leninqrad  şəhərlərində uğurla konsertlər verir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə hazırlaşarkən Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasını xalq çalğı alətləri orkestri üçün işləməyi Səid Rüstəmova həvalə edir. 1938-ci il aprelin 9-da Moskva şəhərində “Böyük teatr”ın səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük uğur qazanır.  Ertəsi gün isə göstərilən tamaşa radio vasitəsi ilə yayımlanaraq geniş dinləyici kütləsinə təqdim edilir. Həmin dekadada Hökümə Nəcəfova ordenə layiq görülən ilk Azərbaycanlı qadın olur. Böyük Vətən müharibəsi illərində orkestr öz ifası ilə əsgərlər qarşısında, cəbhə bölgələrində, radio dalğalarında çıxış edərək, xalğın bu çətin günündə qələbəyə uğur və düşmənə nifrət hissləri oyatmağa müəssər olur. 1947- ci ildə Şərqdə xalq çalğı alətləri orkestri üçün Fikrət Əmirovun yazdığı ilk fortepiano konserti  Emilya Qrenberq tərəfindən uğurla ifa olunur. O vaxtlar Moskvada çıxan “İncəsənət” jurnalı bu konsert və ifa barədə geniş məqalə yazmışdı. Orkestrin heyyətində Adil Gəray, Rəhilə Kərimova, Baba Salahov, Şövkət Babayev, Əhsən Dadaşov, Hafiz Mirzəliyev, Şəfiqə Məmmədəliyeva, Qəribə Hacızadə, İzzət Bağırova, Bəhruz Zeynalov,  Vəcihə Səfərova,  Fərhad Dadaşov, Hacı Məmmədov, Əşrəf Abbasov, Qənbər Hüseynli, Sərvər İbrahimov, Tərlan Qazıyeva, Asya Tağıyeva, Azər Mustafayev, Dadaş Dadaşov, Rəna  Kəngərli, Gövhər Qasımova, Ağasaleh Abasəliyev, Ceyran Cəfərova, Məmməd Quliyev, Səyyarə Əliyeva, Ramiz Mirişli, Elman Bədəlov, Möhsüm Möhsümov, Ələkbər Ələsgərov kimi görkəmli ifaçılar işləmişlər. 1974 –cü ildə orkestrə bədii rəhbər və dirijor Nəriman Əzimov təyin olunur. Tezliklə orkestrə fleyta, kontrabas, qaboy alətləri daxil edilərək səslənməni daha da zənginləşdirir. 1979-cu ildən orkestrin 2- ci dirijoru Faiq Sadıqov təyin olunur. 1983-cü il dekabr ayında görkəmli bəstəkar Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamı Səsyazma Evində lentə yazılarkən bəstəkar orkestr qarşısında ürək sözlərini belə deyir - “Mən bilsəydim bu cür xalq çalğı alətləri orkestrində səslənmiş bu əsəri simfonik orkestr üçün yazmazdım”             Orkestrin hal-hazırda baş-dirijoru xalq artisti,professor Nəriman Əzimov, dirijorlar: əməkdar artist Faiq Sadıqov və Fərhad Qarayusiflidir.

Niyazi  adına  Dövlət simfonik   orkestri

Simfonik  orkestr  1931-ci  ildə  Azərbaycan  Dövlət  Radio  Komitəsinin  nəzdində  dahi  bəstəkarımız   Üzeyir  Hacıbəylinin  təşəbbüsü  ilə  yaranıb. O vaxtlar bədii  rəhbər  və  baş  dirijor  Şvarts  olmuşdur. Dünyaşöhrətli  musiqiçi, SSRİ  xalq  artisti, bizim  həmyerlimiz Mstislav Rostropoviçin  atası    Leopold  Rostropoviç  məhz,  bu  orkestrdə  uzun illər konsertmeyster  olmuşdur.             1941-ci  ildən  orkestrin  bədii  rəhbəri  və  baş  dirijoru Əşrəf  Həsənov,  2 –ci  dirijoru isə  Çingiz  Hacıbəyov  olub.Üzeyir  Hacıbəylinin  dəvətilə  Bakıya  gəlmiş  Avstriya  dirijoru  Otto  Ştrasser  bu  kollektivdə  bir  neçə il işləyib.   1944-cü  ildə  orkestr  Tbilisidə  Zaqavqaziya  ongünlüyündə  böyük müvəffəqiyyətlə  çıxış  edib. Böyük  Vətən  Müharibəsi  illərində  isə  orkestr qospitallarda yaralı  əsgərlər  qarşısında  Bülbül, Şövkət Məmmədova, Firəngiz  Əhmədova, Sona  Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov və  başqa  müğənnilərlə  çoxsaylı  konsertlərlə çıxış etmişlər.             1945-46 –cı  illərdə  Üzeyirbəyin  ölməz  əsərlərindən biri olan ”Arşın  mal    alan”  operettası  ekranlaşdırılarkən  bu  orkestrlə  ifa  olunub.              1971-ci  ildə  Respublikanın  xalq  artisti  Ramiz  Məlik-Aslanov, 1992-95-ci illərdə Əməkdar incəsənət  xadimi  İsmayıl  Hacıyev, 1995-ci ildə Əməkdar incəsənət xadimi  Yaşar  İmanov  kollektivə  bədii  rəhbər  və  baş  dirijorluq  etmişlər. Sənətkarlardan Böyükağa Sadıqbəyov, Məmməd  Orucov, Yaqub  Hacıyev 2006-2013  orkestrin baş dirijoru, Əməkdar İncəsənət  xadimi  Azad Əliyev  və  bir  çox  başqaları  uzun müddət  bu  orkestrdə  fəaliyyət  göstəriblər.               Böyük  maestro  Niyazinin  adını  30  ildən  çox bir  müddət  daşıyan simfonik  orkestr  bu  yaxınlarda  öz  təntənəli  80  illik  yubileyini  qeyd  etmişdir.               Hal-hazırda orkestrin dirijoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Cahangir Cahangirov  adına  xor

Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişləri    Komitəsinin xor  kollektivi  1936-ci  ildə  dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyli  tərəfindən yaradılıb. Bu  kollektivə  bir  müddət  Üzeyirbəy  özü  rəhbərlik  etmişdir. O, bir sıra Azərbaycan  xalq  mahnılarını  xor  üçün  işləmiş və gənc bəstəkarlara tövsiyyə etmişdir. .Daha  sonralar  kollektivə  rəhbərliyi  Cahangir  Cahangirova  məhz Üzeyir Hacıbəyov həvalə etmişdir.                1948-ci  ildən  isə   xora  əvvəllər  kollektivdə  ikinci  xormeyster  kimi fəaliyyət  göstərən  respublikanın  xalq  artisti  Ramiz  Mustafayev  ömrünün  sonunaqək  bədii  rəhbərlik  edir.                                                                      Xor kollektivi fəaliyyətə  başladığı  illərdən bəri Azərbaycan bəstəkarlarının  əsərlərinin  ilk  ifaçısı  olub. Kollektiv Azərbaycana  bir  çox  sənətçilər  töhfə  verib. Onlardan  SSRİ  xalq  artistləri Lütfiyar  İmanov, Firəngiz  Əhmədova, Zeynəb  Xanlarova respublikanın  xalq artistləri  Gülağa  Məmmədov, Mobil Əhmədov, Şahlar  Quliyev, respublikanın  əməkdar  artistləri  Firudin  Mehdiyev, Faiq  Mustafayev, Yaşar  Səfərov, İdris Mehdiyev, artistlərdən Anatollu  Qəniyev, Nərminə  Məmmədova, Sahib  Kərimov  və   başqalarının  adlarını sadamaq  olar.               Böyük  Vətən  müharibəsi  illərində xor  kollektivinin  ifasında  bir  çox  vətənpərvərlik  mövzusunda  əsərlər  səslənib.Üzeyir  Hacıbəyli,Fikrət  Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Hacı Xanməmmədov,Cahangir  Cahangirov  və  digər bəstəkarların   oratoriyaları, kantataları, vokal-simfonik  poemaları  və  s.  xor  kollektivi  tərəfindən  yüksək  məharətlə  ifa  olunaraq  lentə  alınıb. Cahangir  Cahangirovun adını daşıyan xorun hal-hazırda bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır.  

Tofiq  Əhmədov  adına  estrada-simfonik  orkestri

Tofiq  Əhmədov  adına  estrada-simfonik  orkestri Azərbaycan Dövlət  Televiziya  və  Radiosu  1956-cı  ildən   kiçik  tərkibdə  estrada  ansamblı  kimi fəaliyyətə başlayıb. Qısa  müddət  ərzində  təşkil  edilmiş  bu  kollektivin   yaradıcısı  -  məşhur  saksafonçu, respublikanın   xalq  artisti  Tofiq  Əhmədov  olmuşdur. 1975-ci  ildə    həmin  ansambla “estrada-simfonik  orkestri” statusu  verildi  və  onun  tərkibi xeyli  genişləndirildı.             Bu  kollektiv  bir  sıra  respublikalarda və  xarici  ölkələrdə Azərbaycanı layiqincə  təmsil  edib. SSRİ  xalq  artisti  Müslüm  Maqomayev  Moskvanın  Ostankino studiyasında  ilk  dəfə  bu  orkestrlə  çıxış  etmişdir. Orkestrlə uzun müddət işləmiş  respublikanın  xalq  artistləri Mirzə Babayev, Flora  Kərimova, Oqtay  Ağayev, İlhamə  Quliyeva, Elxan  Əhədzadə, Brilyant Dadaşova, Natəvan  Şeyxova, Mübariz  Tağıyev, əməkdar  artist İdris  Mehdiyev, Cavan  Zeynallı artistlərdən Cavanşir Əliyev, Cəfər  Behbudov, Firəngiz  Rəhimbəyova, və  başqalarının adlarını çəkmək olar. 1979-83- cü  illərdə  bəstəkar   Əziz  Əkbər  Əzizli, 1983-90 - cı illərdə pianoçu bəstəkar, əməkdar artist  Rafiq  Babayev, 1990-98-ci  illərdə bəstəkar, xalq artisti Faiq  Sucəddinov, 1998-2002-ci    illərdə  pianoçu-bəstəkar  Eldar  Rzaquluzadə, 2002-2012-ci  illərdə  saksafonçu Akif  Süleymanbəyli orkestrə rəhbərlik etmişlər.Hal-hazırda isə orkestrin bədii rəhbəri Vasif Axundov,baş dirijoru Cavad Tağızadədir.

Əfsər Cavanşirov adına  “Bənövşə”  uşaq  xoru

Azərbaycan  Dövlət  Televiziya  və  Radiosunun   “Bənövşə”  uşaq  xoru  1958-ci  ilin  payızında    bəstəkar  Əfsər  Cavanşirov tərəfindən   yaradılıb.          “Bənövşə”  uşaq  xorunun  repertuarında  Azərbaycan  və  eləcə  də dünya xalqlarının  mahnıları, milli  el  havaları  özünə  layiqli  yer  tutmuşdur.          Həmin  xorun  ilk  konsertmeysteri Azərbaycanın  xalq  artisti, bəstəkar Musa  Mirzəyev  olmuşdur.          Bir  çox  sənətkarlarımız  səhnəyə  öz  kövrək  addımlarını  ilk  dəfə  məhz bu  kollektivdə  atmışlar. Onlardan  xalq  artistləri   Flora  Kərimova, Amaliya  Pənahova, Xuraman  Qasımova, Mələkxanım  Əyyubova, Nisə  Qasımova, əməkdar  artistlər  Akif  İslamzadə, Firuzə  İbadova, Azərin  və  başqalarını  qeyd     etmək  olar.  Uşaqların estetik tərbiyəsinin inkişafına çalışan uşaq ideologiyasına xidmət edən  “Bənövşə”  uşaq  xoru indi də müxtəlif bəstəkarların məktəbli mahnılarını böyük həvəslə oxuyub təbliğ edir. Hal-hazırda uşaq xorunun bədii rəhbəri Zülfiyyə İbrahimovadır.

 Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq  çalğı alətləri ansamblı

Yarandığı dövrdən bu kollektiv solistlərdən ibarət xalq  çalğı alətləri ansamblı kimi fəaliyyət göstərib. Bir müddət fəaliyyətini dayandıran bu ansambl 1941- ci ildən Üzeyir Hacıbəyli və Müslüm Maqomayev tərəfindən yenidən bərpa olundu. 1973-cü ilə qədər ansamblın bədii rəhbəri vəzifəsində çalışmış  Əhməd Bakıxanov dünyasını dəyişəndən sonra   bu kollektiv  onun adını daşımağa başladı  və xalq artisti Həbib Bayramov ansambla bədii rəhbər təyin olundu. Bu kollektiv  Şərqdə ilk professional ansambl olmuşdur. Onun müşayiəti ilə Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Şovkət  Ələkbərova, Zeynəb Xanlarova və b. uğurla çıxış etmişlər. Hal-hazırda ansamblın bədii rəhbəri  xalq artisti Möhlət Müslümovdur. 

Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” ansamblı

1961 – ci ildə  Azərbaycan Televiziyası və Radiosunun rəhbərliyi tərəfindən görkəmli tarzən Əhsən Dadaşova yeni bir xalq çalğı alətləri ansamblı yaratmaq təklif olunur.  Elə həmin il ansambl yaradıldı və ora bir sıra tanınmış musiqiçilər cəlb olundu. Əməkdar artist Əhsən Dadaşov bu  ansambla 1976 –cı ilə kimi rəhbərlik etdi və o, dünyasını dəyişəndən sonra həmin kollektivə  “Xatirə” ansamblı adı verilir.            1976- cı ildən indiyə kimi bu ansambla  ansamblın üzvü xalq artisti Adil Bağırov rəhbərlik edir. Həm yaşlı, həm də cavan nəsllərlə çalışan  Əhsən Dadaşov adına “Xatirə” ansamblının repertuarına muğam, rənglər, dəramətlər  xalq mahnıları və s. daxildir. Azərbaycan bəstəkarlarının əksəriyyəti bu kollektivlə bir-çox mahnılarını yazmış,  radiomuzun musiqi fonetekasını  xeyli zənginləşdirmişdir. Ansambl xarici ölkələrdə və respublikamızın bir sıra börlgələində qastrol səfərlərində olmuşdur.

Azərbaycan Televiziya və Radiosunun Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı

1970-cı ildə tanınmış musiqiçi Vaqif Mustafazadə“Sevil” vokal-instrumental ansamblını yaradır.Qızlardan ibarət ansambl yaratmaqda məqsəd yeni səsləmə və müasir aranjmanla müxtəlif əsərləri sintez etmək idi. Bu gün bu ansambla vaxtı ilə Vaqif Mustafazadə ilə çalışmış Rəna Talıbova rəhbərlik edir və hal-hazırda vokal ansambl mərhum sənətkarın adını daşıyır.

Azərbaycan Televiziya və Radiosunun“Qaytağı”  instrumental ansamblı

2012- ci ildən etibarən “Qaytağı”  instrumental ansamblı yaradılmışdır. Ansamblın bədii rəhbəri Əməkdar artist Ənvər Sadıqovdur. Ansamblı yaratmaqda məqsəd xalq musiqisini müasir aranjmanda tamaşaçılara təqdim etməkdir.

Azərbaycan Televiziya və Radiosunun  “Uşaq Musiqili   Teatrı”

2014- cü ildən etibarən Azərbaycan Televiziya və Radiosunun Səs yazma Evinin nəznində, Uşaq musiqili  teatrı yaradılmışdır.Uşaq  teatrını  yaratmaqda  məqsəd uşaq idealogiyasına xidmət  etmək,istedadlı uşaqları bir arya toplamaq,müasir uşaq dünyasını yaratmaq,yeni uşaq mahnılarını,təbliğ etməkdir.Hal hazırda uşaq musiqili teatrın  direktoru, Nigar Qarayevadır.

Azərbaycan Televiziya və Radiosunun Solistləri

Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Telemüsabiqəsi neçə-neçə istedadların üzə çıxmasına şərait yaratdı.Müsabiqədə qalib olanlar,hal-hazırda Televiziya və Radionun Səsyazma evinin solistləridir, həmçinin,aşağıda adları çəkilən Azərbaycan incəsənət xadimləri də solist kimi Televiziyanın Səsyazma Evində solist kimi fəaliyyət göstərirlər. Briliant Dadaşova -Xalq Artist

  • Teymur Əmrah -Əməkdar Artist
  • Gülyanaq Məmmədova – Əməkdar Artist
  • Sabir Abdullayev -Əməkdar Artist
  • Abbas Bağırov -Əməkdar Artist
  • Arzu Əliyeva
  • Ehtiram Hüseynov
  • İlahə Əfəndiyeva
  • Bəyimxanım Əliyeva
  • Səbinə Ərəbli
  • Kamilə Nəbiyeva
  • Zabitə Alıyeva
  • Günay İmamverdiyeva
  • Ariz Hüseynov
  • Mirələm Mirələmov
  • Məmməd Nəcəfov
  • Sərxan Bünyadzadə
  • Xətai Hacıyev
  • Ramiq Bayramov
  • Ayşən Mehdiyeva
  • Aynur İsqəndərli
  • Aytac Şıxalizadə
  • Zümrüd Məmmədova
  • Gülnar Güdrətli
  • Babək Quliyev
  • Kənan Qədimov

Xarici keçidlər

  • Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri [1]