İtdirsəyi

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:59, 7 noyabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır.

Əlamətləri

Göz qapağının məhdud bir nahiyəsi şişkinləşir, ağrılı olur. 2-3 gündən sonra irincik əmələ gəlir, deşildikdə irin ifraz olunur. Maddələr mübadiləsinin pozulması, avitaminoz, qanazlığı, ümumi zəiflik, diabet və s. xəstəliklər itdirsəyinin törəməsinə səbəb olur.

Müalicəsi

İtdirsəyini törədən səbəbləri arada qaldırmaq, xəstəliyin başlanğıcında çay sodası, yaxud kalendula məhlulundan həmin nahiyəyə islatma qoymaq, brilyant yaşılı sürtmək və s. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər.

Ədəbiyyat

  • "Göz xəstəlikləri" - Musabəyli U.S. Bakı 1972
  • Azərbaycan Sovet Ensiklopediyası V cild, səh. 18