Yusif Səfərov (filoloq)

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Yusif Səfərov''' (1907 - 1963)—texniki elmlər namizədi, Dövlət mükafatı laureatı. == Həyatı == Yusif Əliqulu oğlu Səfərov 1907-ci ildə anadan olmuşdur. 19...) tərəfindən edilmiş 17:43, 10 dekabr 2015 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Yusif Səfərov (1907 - 1963)—texniki elmlər namizədi, Dövlət mükafatı laureatı.

Həyatı

Yusif Əliqulu oğlu Səfərov 1907-ci ildə anadan olmuşdur.

1945-ci qələbə ilindən sonra Azərbaycan neft istehsalının inkişafı texniki elmlər namizədi, Dövlət mükafatı laureatı, 38 yaşlı Yusif Səfərovun adı ilə bağlıdır.

SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Xəzərdə kəşfiyyat-qazma işlərinin genişləndirilməsi məqsədilə Bakıda dəniz qazması üzrə xüsusi trest yaradılır ki, butrestə də rəhbərlik etmək Y.Səfərova tapşırılır.

Xəzərdə dəniz qazımasının ilk illərində qazıma kontorunun direktoru, dəniz qazıma trestinin baş mühəndisi və rəisi, "Azərdənizneft" birliyinin rəis müavini vəzifələrində çalışaraq Səfərov Neft Daşları neftqaz kəşf edilməsi və işlənməsinin pioneri olmuşdur.

1944-cü ildə o "Dənizdə dərin qazıma" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib.

1946-cı ildə dəniz qazılması üçün stasionar özüllərə və 1951-ci ildə dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə ğörə Y.Səfərov SSRİ Dövlət mükafatları ilə təltif olunmuşdur.

Yusif Səfərov 1963-cü ildə vəfat etmişdir.