İlham Hüseynov (aktyor)

Vikipediya, azad ensiklopediya
Turan Etibaroğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:28, 8 aprel 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İlham Hüseynov
Doğum tarixi 3 iyul 1967(1967-07-03) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2002-ci ildən
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

İlham Abbas oğlu Hüseynov (d. 3 iyul 1967, Gəncə) — Azərbaycan teatr və kino aktyoru.

Həyatı

İlham Abbas oğlu Hüseynov - 1967-ci ildə anadan olmuş,1990-ci ildə М.А.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmişdir.Gəncə Dövlət Dram Teatrı və Akademik Milli Dram Teatrında işləyir.03 may 2011-ci ildə Azərbaycan Respublikası Əməkdar Artist fəxri adına layiq görülüb.

Oynadığı rollar

Gəncə Dövlət Dram Teatrı

  • Əziz ("Duel",M.Bacıyev )
  • Xandəmir ("Afət", H.Cavid)
  • Aslan bəy ("Oqtay Eloğlu", C.Cabbarlı)
  • Gənc kişi ("Qatil", E.Əfəndiyev)
  • Əzrayıl ("Molla Nəsrəddin və Əzrayıl", Y.Əzimzadə)
  • Müsyö Jordan (" Müsyö Jordan və Dərviş Məstəli Şah", M.F.Axundzadə)
  • Podkolyosin ("Evlənmə",N.V.Qoqol)
  • Doktor Lalbyuz ("Dəli yığıncağı",C.Məmmədquluzadə)

Akademik Milli Dram Teatrı

  • Nikoviç("Nazirin xanımı",B.Nuşiç)
  • II aspirant-Xızır("Şah və Şair yaxud Hamı səni sevənlər burdadı",K.Abdulla)
  • Oyun aparıcısı ("Qoca Kloun Tələb Olunur", M.Vişnek)
  • Həkim ("Kölgə", Y.Şvart )
  • Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin ("Nadir Şah", Y.Oğuz)
  • Qraf ("Sənətkarın Taleyi", E.Əfəndiyev)


Filmoqrafiya

  1. Sonuncu fəsil (teleserial, 2013)-İlyas Zamanlı
  2. Vicdan haqqı (teleserial, 2016)-İmran
  3. Aktrisa (film, 2011)-Rüfət Hüseynzadə