Danninq-Krüger effekti

Vikipediya saytından
Fidash12 (müzakirə | töhfələr) (Created by translating the page "Эффект Даннинга — Крюгера") tərəfindən edilmiş 20:49, 14 aprel 2016 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Danninq-Krüger effekti — metakoqanitiv təhrif, ondan ibarətdir ki, aşağı ixtisaslı insanlar yanlış nəticələr çıxarır və uğursuz qərarlar qəbul edirlər. Lakin, ixtisasları aşağı səviyyədə olduğuna görə səhvlərini dərk etməyə qadir deyillər[1]. Nəticədə isə öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlirlər.  Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər - öz gücləri barədə zəif inamdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda qabiliyyətlərinin diqər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndiriyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar. 


Fərziyyə və eksperimental yoxlama

Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Justin Kruger və David Dunning tərəfindən irəli sürülüb və Çarlz Darvınin "Cəhalət daha bilikdən daha tez-tez əminlik yaradır"[2] və Bertran Rasselin "Zamanımızın xoşagəlməz xüsusiyyətlərindən biri axmaq insanlar, inamlı, anlayış və təxəyyül sahibi olanlar isə şübhə və qətiyyətsizlik ilə doludur"[3].




Fərziyyəni yoxlamaq üçün Kruger və Dunning, Cornell Universitetinin psixologiya kursunun şagirdlərinin iştirakı ilə bir sıra eksperimentlər keçirilmişdir.

Fərziyyəyə görə az səriştəli insanlar aşağıdaki ilə xarakterizə olunur: 

  1. Öz bacarıqlarını həddindən artıq şişirdirlər;
  2. Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər;
  3. Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər;
  4. Təlimlərdən sonra sahib olduqları səriştəsizlklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar.

Fərziyyəni təsdiq edən eksperimentin nəticələr Psixologiya jurnalında dərc olunmuşdur (Journal of Personality and Social Psychology) 1999-cü ilin dekabr ayı[1]

Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur[4].

Oxşar araşdırmaların nəticələri 2003[5]-cü və 2008[3]-ci ildə dərc olunmuşdur.

Примечания

  1. 1 2 Kruger, Justin. "Unskilled and Unaware of It: How Difficulties in Recognizing One's Own Incompetence Lead to Inflated Self-Assessments". Journal of Personality and Social Psychology. 77 (6). 1999: 1121–34. doi:10.1037/0022-3514.77.6.1121. PMID 10626367.
  2. Charles Darwin. "The Descent of Man" (w). 1871. Introduction, page 4. 2012-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-18.
  3. 1 2 Ehrlinger J., Johnson K., Banner M., Dunning D., Kruger J. Why the Unskilled Are Unaware: Further Explorations of (Absent) Self-Insight Among the Incompetent // Organizational behavior and human decision processes. — 2008. — Т. 105, вып. 1. — С. 98-121. 
  4. "Improbable Research". // improbable.com. 2012-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-4-9.
  5. Dunning, David. "Why people fail to recognize their own incompetence". Current Directions in Psychological Science. 12 (3). 2003: 83–87. doi:10.1111/1467-8721.01235.