Rumlu tayfası
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumluların Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar.
I Şah İsmayıl dövrü
Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşunu qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq.