Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci

Vikipediya, azad ensiklopediya
109.239.17.107 (müzakirə) tərəfindən edilmiş 16:47, 9 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bakı İdarəetmə və Texnologiya Kolleci
Əsası qoyulub 6 sentyabr 1999
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Varis Allahverdiyev
Şəhər Bakı
Ünvan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz Xəlilbəyli küçəsi 51a
Sayt bitkol.edu.az

Bakı İdarəetmə və Texnologiya KolleciAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]

Tarixi

6 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazalarında yaradılmışdır[2].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur.[3]

İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]

• texnologiya müəllimliyi; • peşə təlimi (sahələr üzrə); • mühasibat uçotu; • maliyyə işi; • bank işi; • bələdiyə təsərüfatının təşkili; • ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə; • bina və qurğuların tikintisi və istismarı; • yol hərəkətinin təşkili; • avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri; • zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması; • arxiv işi və kargüzarlıq; • dizayn; • geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi; • tikiş məmulatlarının texnologiyası; • turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi; • avtomatlaşmiş sistemlərin və hesablama texnikasının -proqram təminatı (azərbaycan və rus bölməsi) ; • kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti (azərbaycan və rus bölməsi) ; • informatika müəllimliyi; • informasiyanin işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (azərbaycan və rus bölməsi); • kompüter şəbəkələri (azərbaycan və rus bölməsi)


İstinadlar

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı.  (az.)
  2. "Bakı İdarəetmə və Texnologiya Kollecinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 145 nömrəli Qərarı.  (az.)
  3. "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az  (az.)
  4. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.  (az.)

Xarici keçidlər