Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci
|şəhər = Bakı |ölkə = Azərbaycan |koordinat = |ünvan = Bakı şəhəri, Nərimanov rayonu, Təbriz Xəlilbəyli küçəsi 51a |vebsayt = http://www.bitkol.edu.az }} Bakı İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]
Tarixi
6 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazalarında yaradılmışdır[2].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur.[3]
İxtisaslar
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]
• texnologiya müəllimliyi;
• peşə təlimi (sahələr üzrə);
• mühasibat uçotu;
• maliyyə işi;
• bank işi;
• bələdiyə təsərüfatının təşkili;
• ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;
• bina və qurğuların tikintisi və istismarı;
• yol hərəkətinin təşkili;
• avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri;
• zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması;
• arxiv işi və kargüzarlıq;
• dizayn;
• geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi;
• tikiş məmulatlarının texnologiyası;
• turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi;
• İnformasiya texnologiyası sistemləri (azərbaycan və rus bölməsi);
• avtomatlaşmiş sistemlərin və hesablama texnikasının -proqram təminatı (azərbaycan və rus bölməsi) ;
• kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti (azərbaycan və rus bölməsi) ;
• informatika müəllimliyi;
• informasiyanin işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (azərbaycan və rus bölməsi);
• kompüter şəbəkələri (azərbaycan və rus bölməsi)
İstinadlar
- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.)
- ↑ "Bakı İdarəetmə və Texnologiya Kollecinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 145 nömrəli Qərarı. (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az (az.)
- ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. (az.)
Xarici keçidlər
- Bakı İdarəetmə və Texnologiya Kolleci bilgi.az saytında (az.)