Honkonq qripi

Vikipediya, azad ensiklopediya
Wertuose (müzakirə | töhfələr) (Created by translating the page "1968 flu pandemic") tərəfindən edilmiş 14:07, 10 yanvar 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) — 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyası.[1][2][3] Bu qrip Influenza A virusunun H3N2 ştammı tərəfindən yaranır. Bu ştamm antigen dəyişikliyi yolu ilə H2N2 ştammından törəmişdir.  İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilmişdir.

Kliniki məlumat

Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edirdilər.

Virusologiya

Honkonq qripini törədən qrip virusları (təxminən 100 min dəfə böyüdülüb)

1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılmışdır.

Həm H2N2, həm də H3N2 pandemik qrip ştammları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda aşkar edilmiş və tezliklə insanlara keçmişdir.[4]

İstinadlar

  1. Paul, William E. Fundamental Immunology. 1273.
  2. "World health group issues alert Mexican president tries to isolate those with swine flu". Associated Press. April 25, 2009. İstifadə tarixi: 2009-04-26.
  3. Mandel, Michael. "No need to panic ... yet Ontario officials are worried swine flu could be pandemic, killing thousands". Toronto Sun. April 26, 2009. İstifadə tarixi: 2009-04-26.
  4. Chapter Two : Avian Influenza by Timm C. Harder and Ortrud Werner from excellent free on-line Book called Influenza Report 2006 which is a medical textbook that provides a comprehensive overview of epidemic and pandemic influenza.

Ədəbiyyat

  • Blakely, Debra E., Mass Mediated Disease: A Case Study Analysis of Three Flu Pandemics and Public Health Policy, Lanham: Lexington Books, 2006, 148–196, ISBN 0-7391-1387-9 (#redundant_parameters)ISBN 0-7391-1387-9.

Xarici keçidlər