Realizm (ədəbiyyat)

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 02:43, 3 yanvar 2009 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Realizm. Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romnatizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. Dünya ədəbiyyatında O.Balzak, Q.Flober, G.Mopassan, Ç.Dikkens, M.Y.Dostoyevski, L.Araqon, P.Nerudanın, Azərbaycan ədəbiyyatında isə M.F.Axundov, M.Ə.Sabir və C.Məmmədquluzadənin əsərləri realist ədəbiyyatın. parlaq nümunələridir