Blok (mexanika)

Vikipediya saytından
188.72.184.183 (müzakirə) tərəfindən edilmiş 17:08, 6 aprel 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Blok - çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir.bəzəhkkvbəv

Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.

Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir. İkinci növ ling - qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər qüvvəni dəyişmək üçün işlədilən alətlərdir. Tarazlıq şərti: Fr=mgrF=mg. Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.

Ədəbiyyat

M.Murquzov. Fizika. VII sinif. Bakı.