Sərbəst kükürd

Vikipediya saytından
AyselkaDjabrailova (müzakirə | töhfələr) (Yeni səhifə: {{Mineral | ad = Sərbəst kükürd – α-S ● ● ● | boxwidth = | fon rəngi = | mətn rəngi = | şəkil...) tərəfindən edilmiş 12:56, 8 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sərbəst kükürd – α-S ● ● ●
Sərbəst kükürd. Ukrayna
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
S[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərbəst kükürd – α-S ● ● ● - Rombik sinqoniya

Növ müxtəliflikləri

Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se)

Xassələri

R – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; C – samanı-sarı; P – şüşə parıltısından yağlıyadək; Ş – şəffaf, yarımşəffaf; SX – 2,05-2,09; S – 1,5-2; AR – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; B – {111} üzrə; SN – qeyri-düzgün, yarımqabıqlı; BX – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; M – XX: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İ: {101}, {110}, {011} üzrə; A: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. BR: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b. Y: Siciliya ad. (İtaliya); Povoljye, Kamçatka, Kuril ad. (Rusiya); Razdol (Ukrayna); Şorsu (Özbəkistan), Qaurdağ, Qara-Qum səhrası (Türkmənistan); Matsuo, Xorobetsu (Yaponiya); Texas və Luiziana ştatları (ABŞ); Kopiapo vulkanı (Çili) və b. Azərbaycanda Gümür kükürd (Şahbuz r-nu) və Darrıdağ (Culfa) mərgümüş yataqlarında, Keçəldağ, Lökbatan palçıq vulkanlarında, bəzi qızıl filizi və kolçedan obyektlərinin (Tutqunçay hövzəsi, Filizçay yatağı, Çıraqdərə-Toğanalı filiz sahəsi) oksidləşmə zonalarında və bir sıra digər məntəqələrdə qeyd edilmişdir.

Tətbiqi

Kimya (sulfat turşusu almaq üçün), sellüloz-kağız, rezin, dəri emalı, farmakologiya kimi sənaye sahələrində, həmçinin zəhərli kimyəvi preparatların, partlayıcı maddələrin, süni liflərin istehsalında, boyaların, kibritin və fişəngin hazırlanmasında və s. istifadə edilir.

Mənbə

  • "Azərbaycan mineralları" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004 ''
  1. International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (December 2014). 2014.
  2. mineralienatlas.de (ing.).